Mühafizə xidmətinin alınması iləbağlı 3 ali təhsil müəssisəsi tenderə yekun vurub.
"DİA-AZ" xəbər verir ki, hər 3 tenderin qalibi “GESCO” ASC seçilib.
Qalib şirkətlə 1 042 428 manat dəyərində müqavilələr imzalanıb.
Qeyd edək ki, "Gesco" ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanında yerləşir.