"3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                     Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI .....                     Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? .....                     Pezeşkian sabah Tacikistana səfər edəcək .....                     Valeh Əhmədova bu kanalda vəzifə verildi .....                     Nahid Bağırov onunla bağlı .....                     Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                 

Putin-Tramp görüşü üçün Azərbaycan ən real variantdır - ŞƏRH
Tarix: Bu gün, 08:48 | Çap et
Putin-Tramp görüşü üçün Azərbaycan ən real variantdır
ABŞ-ın yeni prezidenti Donald Trampın rəsmən öz vəzifəsinə başlamasına bir həftədən də az qaldı. 20 yanvar andiçməsindən dərhal sonra isə Trampın Rusiya lideri Vladimir Putinlə görüşəcəyi bildirilir. Əsas mövzu təbii ki, Ukraynadakı müharibənin dayandırılması olacaq.

Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals görüş üçün hazırlıqların getdiyini bildirib. Bu barədə məlumatı ABC telekanalı verib. “Hazırlıq işləri gedir” - Vals deyib.

Yanvarın 10-da isə D.Trampın özü Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlıq barədə məlumat verib. Onun sözlərinə görə, Ukrayna münaqişəsinə son qoymaq lazımdır. Buna cavab olaraq Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya lideri heç bir ilkin şərt olmadan Trampla görüşə hazırdır.

Bəs tarixi görüş harda reallaşa bilər və qlobal sülh və təhlükəsizliyə nə vəd edir? Tərəflərdən hansı biri - Rusiya, yoxsa Qərb (ABŞ) timsalında Ukrayna bu görüşə əli daha gücləndirilmiş şəkildə gələcək?

Xatırladaq ki, görüş yeri kimi Bakı və İstanbulun da adı çəkilir. Lakin təyyarə faciəsi ilə bağlı Azərbaycan-Rusiya münasibətlərində bir sərinlik müşahidə edilir. Bu faktor görüş yerinin seçiminə təsir edə bilərmi?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq və dayanıqlı sülhə nail olmaq Trampın qarşısında duran çox ağır bir vəzifədir. Görünür, bunu dərk etdiyindən seçkiqabağı kampaniya dövründə 24 saat həll etmək öhdəliyini bir az dəyişdirdi və 6 müddət qoydu. 6 aya bu konflikti həll edəcəyini dedi. Baxmayaraq ki, onun Ukrayna üzrə nümayəndəsi 100 günə bu müharibəni dayandırmaq və sülhə nail olmaq mümkündür deyir: “Mən güman edirəm ki, hər ikisi reallıqdan uzaq bəyanat verir. Çünki həm Ukraynanın, həm də Rusiyanın mövqeləri arasında, sülhə baxışları arasında çox ciddi fərqlər var. Baxmayaraq ki, prezident Zelenski müəyyən qədər 2022-ci ildə tutduğu mövqelərdən imtina edir və 1991-ci il sərhədlərinə qayıtmaq tələbini daha qoymur. Ancaq Rusiyanın mövqeyi ortadadır-Krım, 4 vilayət Rusiyaya verilməlidir və Ukrayna ordusu həmin 4 vilayətin ərazisindən tamamilə çəkilməlidir. Yəni 125 min kvadrat kilometr Ukrayna ərazisi, üstəgəl 10-15 min kvadrat kilometr əlavə ərazi ən azı Rusiyaya verilməlidir. Bu, Rusiyanın istəyidir. Üstəlik, Rusiyanın digər ağır şərtləri də var ki, bunları da qəbul eləmək Ukrayna üçün qeyri-mümkündür. Söhbət Ukraynanın neytral olması barədə və sanksiyaların götürülməsi haqda Rusiyanın tələbindən gedir. Bu da həddən artıq ağır tələbdir. Çünki Rusiyaya qarşı minlərlə sanksiya tətbiq olunub və təsəvvür edək ki, onların bir hissəsi götürülə bilər. Ancaq tətbiq olunan sahələrdən biri də Rusiyanın aktivləridir. Rusiyanın təqribən 300 milyard dollar aktivinə həbs qoyulub. Qərb ümid edir ki, bu 300 milyard dollardan Ukraynanı bərpa eləmək üçün istifadə eləmək olar. İndi burada da sanksiyalar götürülsə, onsuz da Ukrayna üçün vəsait məsələsi çox ciddi problemdir və bu problem gələcəkdə daha da artacaq. Yəni sanksiyaların götürülməsi də tamam başqa problemdir. O biri tərəfdən Tramp təklif edir ki, Ukraynanın ərazisində Avropanın silahlı qüvvələri yerləşdirilsin. Buna da Rusiya kəskin şəkildə etiraz edir. Yəni mövqelər arasında o qədər ciddi fərqlər var ki, onu yüz günə, yaxud 6 aya aradan qaldırmaq çox çətindir. Bir halda mümkündür ki, Rusiyanın şərtlərinin ən azı 95 faizi Ukraynaya qəbul elətdirilsin. Yəni Tramp Rusiyanın tərəfində dursun və Ukraynanı məcbur eləsin ki, şərtləri qəbul edib sülhə getsin. Donald Trampın verdiyi bəyanatlar da göstərir ki, o, Rusiyaya daha çox yaxındır, müharibənin başlanmasında Co Baydeni günahlandırır. Yəni tutduğu mövqeyi ilə həm də Ukraynanı günahlandırmış olur. Üstəlik, son dövrlər onun Kanada, Qrenlandiya və Panama ilə bağlı verdiyi bəyanatlar yeni vəziyyət yaradır. Putin də eyni siyasəti deyirdi - yeni ərazilər işğal etmək. Bu səbəbdən çox ağır danışıqlar gözlənilir. Mən güman edirəm ki, Trampın Rusiyaya təsir imkanları o qədər də çox deyil. Ukraynaya daha çox silah verə biləcəyini bəyan etməklə Rusiyanı qorxutmaq çox çətindir. ABŞ-ın özünün problemləri kifayət qədərdir. Ona görə də Trampın Rusiyaya necə təzyiq göstərə biləcəyi sualı açıq qalır. Odur ki, Putinlə Trampın görüşünün sülhə nail olmaqla nəticələnəcəyi ehtimalı çox azdır”.

Ekspert qeyd etdi ki, burada ikinci əsas məsələ görüşün harada keçirilməsidir: “Azərbaycanın görüş ünvanı kimi adı çəkilir. Mən güman etmirəm ki, Rusiya ilə Azərbaycan arasında ciddi problemlər yaranıb. Təyyarənin vurulması ilə bağlı məsələni aradan qaldırmaq yəqin ki, mümkündür. Bunun da yolunu Azərbaycan Prezidenti göstərib və Rusiya bunu eləməlidir. Rusiya üçün Trampla görüş üçün ən əlverişli yer Bakıdır. Çünki məlumdur ki, Türkiyə dəfələrlə planlaşdırsa da Putinin Türkiyəyə səfəri ikincinin mövqeyi səbəbindən alınmayıb. Slovakiya görüşü təşkil etmək üçün təklif edib, Vyetnamın da adı çəkilir. Güman edirəm ki, Trampla Putinin görüşünün keçiriləcəyi yer məsələsində daha çox Vyetnam və ya Azərbaycan variantları uyğun gəlir. Burada elə bir ciddi problem olmayacaq. Öncədən razılaşmalar olmasa təbii ki, görüş barədə də danışmağa ehtiyac olmayacaq. Ən əsası razılaşmanın əldə olunmasıdır ki, bundan sonra görüşün harada keçirilməsi ciddi problem olmayacaq. Ən uyğun variant şübhəsiz ki, Bakı şəhəridir. Bu, hər iki tərəfi qane edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Bu gün, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Bu gün, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Bu gün, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru