İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azıntelecom tərəfindən yaradılmış G-Cloud buludunda yeni resurslar”ın satın alınmasına dair tenderinin nəticələri ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Bildirilir ki, dəyəri 320.287,55 manat olan tenderin ləğvinə səbəb təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır. Yəni, Agentlik qanunun 36.1.2.-ci maddəsinin tələblərini pozub.