“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması üçün sərf olunacaq vəsaitin həcmi açıqlanıb. İqtisadiyyat.az xəbər verir ki, Dövlət Turizm Agentliyi abadlaşdırılma ilə bağlı müvafiq işlərə başlayıb.
Agentlik abadlıq işlərinin icrasını “Ricon” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, qoruğun abadlaşdırılmasına 1 336 378,37 manat sərf olunacaq.