Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi Ulu Öndərin soydaşlarımıza milli birlik töhfəsidir - MƏQALƏ
31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Hər bir azərbaycanlı üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsis olunmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmişdir. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazanmışdır və həmin gündən bütün dünya azərbaycanlıları hər il bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli- mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir. Azərbaycanın dövlət müstəqilliyinin qarantı, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlı olub. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı Sərəncamla 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənə məhəbbət duyğularını birləşdirdi. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük azərbaycanlı missiyasını yerinə yetirdiyini Vətəninə, xalqına sonsuz məhəbbəti ilə bildirirdi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlər söyləyərək, "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" –deməsi hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. 31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. 2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi- diplomatik fəaliyyət sayəsində əldə edilib. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub. Dünya Azərbaycanlıların həmrəyliyini təcəssüm etdirən Vətən Müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi və Möhtəşəm Zəfərə nail olundu. Bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. 2022-ci ilin aprelin 22-23-də Şuşa şəhərində keçirilən 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Bu gün, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
|