"Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi .....                     AZAL və FHN birgə MƏLUMAT YAYDI .....                     Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? .....                     Təyyarəmizdə bu nə dəliklərdir? .....                     Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb .....                     “Hələ müəyyən edə bilməyiblər” .....                     Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb .....                     ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir .....                     Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur .....                     Ermənistanla səfirliklərin açılması .....                     4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib .....                     Kredit daha çox hansı sektora yönəlib? .....                     Diplomların tanınmaması normaldır... .....                     “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? .....                     Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı .....                     AZAL-dan MATƏM PAYLAŞIMI .....                     “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” .....                     Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ .....                     Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib .....                     "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" .....                     Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                     Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır .....                     67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub .....                 

400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır - GƏLİŞMƏ
Tarix: Bu gün, 10:57 | Çap et
400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır
Türk Dövlətləri Təşkilatı (TDT) ortaq türk əlifbası qərarından sonra Türk dünyasının ortaq xəritəsinin hazırlanması ilə bağlı razılığa gəlib. “Yeni Müsavat” bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə İdarəsinin baş direktoru general-mayor Osman Alp məlumat verib.

O, Ankarada TDT-nin Xəritəçəkmə Qurumunun 1-ci toplantısında TDT və Türk dünyası xəritəsinin hazırlanması ilə bağlı razılığa gəlindiyini açıqlayıb: “Ankarada keçirilən ilk görüşdə TDT ölkələri arasında kartoqrafiya sahəsində əməkdaşlığın ilk praktiki tətbiqi olaraq, Türk Dövlətləri Təşkilatı və Türk dünyası xəritələrinin hazırlanması ilə bağlı konsensus əldə olunub”. General bu kontekstdə türk dövlətlərinin ortaq tarixi keçmişlərinə diqqət çəkib: “Türk dili kimi xəritənin də ölkələrimizi bir araya gətirəcəyini, birliyimizi, həmrəyliyimizi təmin etməyə mühüm töhfə verəcəyini düşünürük. Ortaq türk dünya xəritəsi ortaya çıxanda o xəritəyə baxan bütün vətəndaşlarımız coğrafi baxımdan uzaq görünən türk dövlətlərinin əslində çox yaxın olduğunu anlayacaqlar. Türk birliyini hiss etdirməyin və göstərməyin ən həyəcanlı və asan yolu xəritədir. İnanırıq ki, ortaq Türk dünyası xəritəsi oxşar cəhətlərimizi və zəngin türk mədəniyyətini asanlıqla göstərəcək. Bu xəritə türk birliyi adına tarixi və mədəni bağları olan türk dövlətlərini bir araya gətirəcək əhəmiyyətli bir simvol olacaq. Birlikdə hazırlayacağımız xəritə bu dövlətlərin mənşəyinə, tarixinə və mədəniyyətinə işarə edəcək, türk dövlətlərinin tarix boyu qurduğu bağları əyani şəkildə görüb anlamağa imkan verəcək”.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari ilin 14 fevralında keçirilən andiçmə mərasimində Türk dünyasına böyük önəm verdiyini yüksək tribunadan bəyan etmişdi. Sitat: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı daha sonra deyib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Budur, Türk Dövlətlər Təşkilatı artıq növbəti mühüm addımı atır ki, bu da təqdir olunur. Proseslər Turanın qurulmasına, Zəngəzur dəhlizinin yenidən işlək hala gətirilməsi ilə uzun müddət ayrı salınmış türk dövlətləri arasında körpülərin bərpasına aparır. Özü də Zəngəzur dəhlizinin - Turan qapısının açılması həm də Avropa və Asiya arasında birləşdirici rol oynayacağını nəzərə alsaq, bu, həm də dünyanın ayrı-ayrı qütblərindəki türklər arasında da birləşdirici vasitə rolunu oynayacaq, deyə bilərik. Söhbət təbii ki, Avropadakı türklərlə, Çindəki uyğurlar və digər türk qardaşlarımız arasında əlaqənin formalaşdırılmasından gedir. Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ilin iyununda Çin Xalq Respublikasına səfəri çərçivəsində təsadüfən Sincan Uyğur muxtar bölgəsini ziyarət etməmişdi. Kaşqar və Urumçi şəhərlərində olan türkiyəli nazir burada Sincan Uyğur Muxtar Rayonunun partiya katibi Ma Sinruy və muxtar rayon hökumətinin rəhbəri Erkin Tuniyazla görüşmüşdü. Nazir Urumçi şəhərində "Yanghang" məscidi və Beynəlxalq Böyük Bazarı gəzib, yerli əhali ilə görüşərkən türk qadınla diqqətçəkən söhbət etmişdi. Bunun özü tarixin sınaqlarına məruz qalmış uyğur türkləri ilə bağlı aydın mesaj idi. Bütün bu gedişatın fonunda türk coğrafiyasının ortaq xəritəsinin hazırlanması məntiqəuyğundur və olduqca mühüm məsələdir. Bu, həm də 21-ci əsrin Türk əsri olacağı barədə hələ ötən əsrdən leksikona daxil olan gözləntinin reallaşmasının daha bir sübutudur. Dünyada yaşayan 400 milyona yaxın türkün mövcud olduğu ərazilərin xəritəsi hazırlanırsa, bu, həm də türk kimliyinin heç bir məkanda, həmçinin ucqarlarda sahibsiz olmadığı anlamını verir, necə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən daim Türkiyənin dəstəyini gördü, yaxud İraq və Suriyadakı türkmən qardaşlarımızın üz tutduğu ünvan Türkiyə oldu və bu gün də onların təhlükəsiz şəraitdə geri qayıdışı təmin olunur. Ümid edirik ki, türklərin müdafiəsi sivil formada həllini tapacaq və təhlükəzislik çətiri qurularkən Turan ordusunun işə qarışmasına ehtiyac olmayacaq.

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında öncə qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumunun yaradılması faktının özü çox önəmli hadisədir və TDT-nin institutlaşması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilməlidir: “Son bir neçə il ərzində, demək olar ki, bütün istiqamətlər üzrə TDT-nin təşkilatlanması prosesini müşahidə edirik və bütün bunlar, sadəcə TDT-nin beynəlxalq təşkilat statusunun möhkəmləndirilməsi kimi qəbul olunmamalıdır. Beynəlxalq təşkilatların institutlaşması prosesinin bütün istiqamətləri əhatə etməsi zəruri deyil. Bir qayda olaraq, beynəlxalq təşkilatların institutlaşması prosesində, ən yaxşı halda dövlət və hökumət başçıları zirvəsinin, xarici işlər nazirləri şurasının və parlamentlərarası təsisatların yaradılmasını müşahidə edirik. TDT isə üzv dövlətlərdə mövcud olan bütün mərkəzi idarəçilik sistemləri müstəvisində təşkilatlanır. Bu, TDT-nin, qənaətimə görə, Avropa İttifaqının təşkilati-hüquqi modelində təşkilatlanmasına işarə edir”. E.Mirzəbəyli xatırlatdı ki, bir müddət öncə ortaq əlifbamız yaradıldı, indi isə xəritəmiz yaradılır: “Niyyət və mesaj ortalıqdadır. Türk dövlətləri, öz vətəndaşları ilə yanaşı, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyini, rifahını təmin etmək üçün təşkilatlanır və vahid bir güc mərkəzinə çevrilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, əcdadlarımızın vəsiyyəti yerinə yetirilir. Tarix sübuta yetirdi ki, ədalətin, haqqın başqalarının ümidinə buraxılması zülmün, istibdadın ərşə çıxmasına zəmin yaradır. Dünyanın, ən azından Avrasiyanın türkün ədalətinə, mərhəmətinə ehtiyacı var və bu gün o gündür! Türk dünyasının vahid xəritəsi, eyni zamanda bizim dil və mədəniyyət birliyimizi nümayiş etdirməklə yanaşı, tarixi coğrafi bağlarımızın da bütövlüyünü göz önünə sərgiləyəcək. Bizə son 150-200 il ərzində Altay nəzəriyyəsini sırımaqla, ana südü kimi halal torpaqlarımızı mənimsəyərək hazırda sahibi olduğumuz torpaqlara da ""gəlmə" olduğumuzu" təlqin etməyə çalışanlara Türk Dövlətlərinin xəritəsi, zənnimcə, ən böyük cavabdır". Amma deputat hesab edir ki, bununla da kifayətlənmək lazım deyil: “Göytürk xaqanlığından başlayaraq, bu günədək mövcud olan bütün türk dövlətlərinin ortaq xəritələrini hazırlamaq lazımdır. Mete də, Bilgə xaqan da, Atilla da..., Sultan Səlim də, Şah İsmayıl da, Əmir Teymur da... bizimdir. Tarix boyu yaradılan bütün Türk Dövlətləri və onların qurucuları bizim əcdadlarımızdır, babalarımızdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Bu gün, 23:20
AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Bu gün, 23:10
Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:51
Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Bu gün, 21:46
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Bu gün, 21:43
“Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Bu gün, 21:08
Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Bu gün, 21:03
ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Bu gün, 19:32
Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 19:09
Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Bu gün, 19:00
4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Bu gün, 18:58
Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 18:16
Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Bu gün, 18:04
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Bu gün, 17:52
Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41
AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31
“Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15
Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13
"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50
Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru