Blogerlər qəzaya düşüb - Fotolar
Blogerlər Mehin Oktaylı və Məsi Rəhman qəzaya düşüb.
Axşam.az xəbər verir ki, bu barədə Mehin sosial media hesabında paylaşım edib:
"2024-cü il son zarafatını etdi. Amma yenə də şükürlər olsun, daha pis şeylər olmadan xilas olduq. Hər şeyi tez geridə qoyub bu ildən çıxmaq istəyirəm. Kimin nəfsi, gözü varsa, zəhmət olmasa, geri çəksin artıq.
Yaşadığım hadisə çox qorxunc idi. Bir deyim var, gülürük, amma yaşananlar heç də gülməli deyil. Yenə də bu günümüzə şükür".
M.Rəhman isə hadisə ilə bağlı paylaşımında bu sözləri yazıb:
"Yazan, zəng edən, maraqlanan hər kəs sağ olsun. Yavaş-yavaş özümə gəlirəm. Heç kim sabahından sığortalı deyil. Bilmirik bir dəqiqə sonra başımıza nə gələcək. Bu hadisə mənə hər anın, saniyənin və ən əsası sevdiklərimizin zamanında qədrini bilməli olduğumuzu öyrətdi".
M.Rəhman olay.az-a açıqlamasında hadisənin iki gün əvvəl İsmayıllı-Şamaxı yolunda baş verdiyini bildirib.
Qeyd edək ki, Mehin bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb. Boğazında xərçəng aşkarlanan bloger əməliyyat olunub.