“Aqrarkredit” QSC BOKT balansında olan bəzi əmlakları (aktivləri) satışa çıxarır.
"DİA-AZ" xəbər verir ki, satışa çıxarılacaq əmlaklar qızıl-ziynət əşyalarıdır.
Alqı-satqıda iştirak etmək istəyən şəxslər ən geci satış gününə bir gün qalmış “Aqrarkredit” QSC-nin baş ofisinə ərizə ilə müraciət etməlidirlər.
Ünvan- AZ1006, Azərbaycan Respublikası, Bakı şəhəri, Qədirli küçəsi 125.
Əmlakla, onun növü və parametrləri ilə tanış olmaq, alınması qaydası və müddəti: 1. Qızıl-ziynət əşyalarını əldə etmək istəyən şəxslər 10 yanvar 2025-ci il saat 11.00-da “Aqrarkredit” QSC-nin baş ofisi - Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda yerləşən ofisində qızıl-ziynət əşyalarının çeşidi və onların satış qiymətləri ilə tanış ola bilərlər.
Əgər eyni əşyaya iki və daha çox təklif irəli sürülərsə, əşya daha çox qiymət təklif edən şəxsə satılacaqdır. Əlaqəli şəxs- Şahin Seyidov- telefon-050-235-99-90