Ermənistanda təşviş: - Tramp seçilsə, dərhal...
Tarix: 1-11-2024, 15:01 |
Çap et
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçilməsi Ermənistanın maraqlarına uyğun deyil.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Robert Qevondyan deyib.
“Tramp artıq bəyan edib ki, seçiləcəyi təqdirdə Cənubi Qafqaz prioritet olmayacaq, Ukrayna isə sülh naminə Rusiyaya ərazi verməlidir”, - ekspert bildirib.
Qevondyanın fikrincə, Tramp iqtisadi amili geosiyasi məqsədlərdən öndə tutur:
“Trampın konkret siyasəti iqtisadi amillərlə bağlıdır, yəni hər hansı bir regionda iqtisadi imkanlar, çoxlu pul qazanmaq şansları olmasa, bunlar ABŞ-ı maraqlandırmayacaq. Bunu 2020-ci ildə baş verən 44 günlük müharibədə də gördük, ABŞ Cənubi Qafqazı unutmuşdu.
Tramp seçilərsə, bu, Ermənistan üçün ciddi problem olacaq. Əlbəttə, heç kim Kamala Harsisin seçiləcəyi təqdirdə Ermənistanın uğur qazanacağını söyləmir, amma o, bizim üçün faydalı ola bilər, bu halda Amerika regionu tərk etməyəcək. Tramp seçilsə, ABŞ-ı dərhal çıxaracaq”.
Erməni analitik Trampın Türkiyə ilə münasibətlərə böyük önəm verəcəyini vurğulayıb.