Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     "Qayınanamın ayaqlarından öpərəm" .....                     Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb .....                     Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? .....                     "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir .....                     Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... .....                     “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir .....                     ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                     Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır .....                     "Başqası ilə eşq yaşayırdı" .....                     NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! .....                     İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib .....                     Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi .....                     Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? .....                     Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək .....                     “1 milyon əsgər Azərbaycana gələcək” .....                     Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub .....                     Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi .....                     Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… .....                     "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" .....                     "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" .....                     Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı .....                     Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi .....                     "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" .....                 

ABŞ-dan Azərbaycana qarşı görünməmiş qərəz - Bakıdan sərt reaksiya
Tarix: 17-09-2024, 12:54 | Çap et
ABŞ-dan Azərbaycana qarşı görünməmiş qərəz
Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi hələ də Qərbin müəyyən dairələrində qəbul edilə, “həzm oluna” bilmir. Halbuki Bakı yalnız beynəlxalq hüquqdan doğan və BMT TŞ-nin məlum qətnamələrinin ona tanıdığı halal haqqını reallaşdırıb, ayrı heç nə. Biz hər hansı ölkənin ərazisinə girməmişik, heç bir etnik təmizləmə aparmamışıq.

Əfsus ki, gözlərini türkofobiya, islamofobiya örtənlər gerçəyi görə bilmirlər. Bu da növbəti fakt.

Xəbər verdiyimiz kimi, erməni lobbistlərinin kök saldığı ABŞ Konqresində Azərbaycana qarşı növbəti təxribat hazırlanır. Məlumatda bildirilir ki, “Sentyabrın 19-da ABŞ Konqresinin İnsan Haqları Komitəsi Azərbaycanın Dağlıq Qarabağda (?! - red.) apardığı etnik təmizləmə (?! - red.) və Dağlıq Qarabağ (?! - red.) ermənilərinə qarşı insan haqlarının pozulması ilə bağlı dinləmələr keçirəcək”. Həmçinin qeyd edilir ki, “Azərbaycan hakimiyyətinə qarşı çıxdıqları üçün repressiya qurbanlarına (?! - red.) çevrilmiş azərbaycanlılar mövzusu da müzakirə olunacaq”.

Məlumatda habelə həyasızcasına iddia edilir: “Tədbir təşkilatçıları xatırladırlar ki, Azərbaycan hökuməti 2023-cü ilin sentyabrında Dağlıq Qarabağ (?! - red.) üzərində tam nəzarəti bərqərar etmək üçün hərbi əməliyyata başladıqdan sonra anklavda etnik ermənilərin vəziyyəti kəskin şəkildə dəyişib. 2023-cü ilin sonunda onların demək olar ki, hamısı Ermənistana qaçıb. Dinləmələrdə açıq-aşkar etnik təmizləmə (?! - red.) və bununla bağlı bir sıra məsələlər, o cümlədən hərbi əsirlərin (?! - red.) və siyasi məhbusların statusu, Dağlıq Qarabağdakı (?! - red.) erməni mədəni obyektlərinin statusu və etnik ermənilərin Dağlıq Qarabağa (?! - red.) qayıtmaq hüququ müzakirə olunacaq. Müzakirə iştirakçıları Konqresə təkliflər təqdim edəcəklər”.

Dinləmələrin Konqres üzvləri, Konqresin əməkdaşları, maraqlı ictimaiyyət və media üçün açıq olacağı bildirilir.

İndi buna nə ad verək? “Dağlıq Qarabağ”, “etnik təmizləmə” ifadələrinə və tarixə diqqət edin - 19 sentyabr. Azərbaycanın Qarabağda 1 günlük antiterror tədbirlərinin ilk ildömümü günü. Yəni tam olaraq Amerika erməni lobbisinin diktə elədiyi bir gündəlik. Sadəcə, Azərbaycanda “siyasi məhbus” adlandırdıqları şəxslərin məsələsini də onun “gözünə” qatmaqla əsas hədəfdən diqqəti yayındırmağa çalışırlar. Halbuki birinci halda söhbət Azərbaycanın öz ərazisində dağıdıcı separatizmin, xunta rejiminin kökünü kəsib ərazi bütövlüyünü bərpa etməsindən gedirsə, ikinci halda universal dəyərlərdən gedir.

Məgər ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanımır? Azərbaycan öz qanuni ərazisində saysız-hesabsız bəşəri cinayətlər törətmiş və insan haqları hərləməyən erməni ikiayaqlı vəhşi-vandalların, quldur-banditləri neytrallaşdırıb öz suverenliyini bərpa etməli deyildimi? Ardınca soydaşlarımızı öz yurd yerlərinə qaytarmaq haqqımız yox idimi?

Amma gəl ki, hələ də öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın-köçkünlərin taleyi, təməl haqları nədənsə “ədalət yuvası” Konqresin yadına düşmür.

Bəs qarşıdakı dinləmələrin Azərbaycan üçün hansısa hüquqi nəticəsi ola bilərmi? Bu təxribatçı səylər hara qədər irəliləyə bilər?

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Konqresində növbəti dəfə ölkəmizə qarşı təxribat hazırlanmaqdadır: "Burada ötən ilin sentyabr ayında baş vermis hadisələr qərəzli şəkildə müzakirə olunacaq, Azərbaycanı yenidən günahlandırmağa cəhd göstərəcəklər. Erməni lobbisinin təsiri altında olan konqresmenlərin təşəbbüsləri ilə bu dinləmələr keçirilir. Bundan öncə də oxşar proseslər həyata keçirilmişdi və ölkəmiz əleyhinə həyata keçirilən bu fəaliyyət şübhəsiz ki, Azərbaycanla ABŞ arasında olan strateji münasibətlərə də ziyan vuracaq. Digər tərəfdən, mənə belə gəlir ki, bu qondarma dinləmələrin ölkəmiz əleyhinə xüsusi bir hüquqi təsiri olmasa da diqqətə alınmalı məqamdır. Çünki ABŞ-da president seçkiləri yaxınlaşdıqca və çox gərgin seçkilər gözlənildiyi bir məqamda Demokratlar həm də erməni lobbisinin səsini qazanmaq üçün bu cür müzakirələri həyata keçirməkdədirlər və yəqin ki, qarşıdakı aylarda bu cür anti-Azərbaycan müzakirələrinin sayını çoxaltmağa çalışacaqlar. Çirkin kampaniyanı genişləndirəcəklər və bununla sülh prosesinə də bu cür müzakirələrlə mənfi təsir göstərəcəklər”.

Politoloq Oqtay Qasımov isə bildirdi ki, Amerika Konqresində qeyd olunan mövzu üzrə müzakirələrin aparılacağı əvvəlcədən də gözlənilirdi. Belə ki, ABŞ-da hələ keçən il anti-terror əməliyyatlarından öncə Konqresdə keçirilən dinləmələrdə Azərbaycan qarşı sərt xəbərdarlıqlar səsləndirilmişdi və Qarabağ erməniləri üzərindən Azərbaycana qarşı planlar qurulurdu, bu mövzu manipulyasiya edilirdi: “Nəzərə alsaq ki, Ermənistanın da o zaman bir formada Azərbaycanla sülh müqaviləsi ilə bağlı aparılan müzakirələrdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələləri, o cümlədən onun təmin olunması üçün beynəlxalq mexanizmlər haqqında söylədiyi fikirlər məhz ona hesablanmışdı ki, başda ABŞ olmaqla, kollektiv Qərbin bir formada Qarabağ bölgəsinə hərbi cəhətdən yerləşməsinə şərait yaradılsın. Azərbaycan bu məkrli planları dəqiq bildiyindən antiterror əməliyyatı apardı və böyük güclərin Qarabağ üzərindən Azərbaycana qarşı qurduqları planı boşa çıxardı. Azərbaycanın yeni reallıqlar yaratmasını Qərbdəki dairələr Azərbaycana bağışlaya bilmirlər. Ona görə də bu məsələlər üzərindən manipulyasiyalar başlanıb. Heç də təsadüfi deyil ki, keçən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauenin Ermənistana, o cümlədən Gorusa səfəri oldu. O bəyan etdi ki, bölgəyə prezident Baydenin tapşırığı ilə gəlib və burada fakt toplamaqla məşğuldur. Hələ o zamandan gözlənilirdi ki, ABŞ məhz Qarabağ erməniləri mövzusundan sui-istifadə edərək Azərbaycana qarşı hansısa təzyiqlər etməyə çalışacaqlar. Biz hazırda məhz bununla qarşılaşmaqdayıq. Qarabağda mülki ermənilərə və mülki obyektlərə heç bir zərər vurulmadığı haqda BMT missiyasının rəyi var. Belə bir rəy ortada olduğu üçün, eləcə də erməni əhalinin könüllü köçdüyünü sübuta yetirən çoxlu sayda materiallar mövcud olduğu üçün Azərbaycana qarşı Konqresin ittihamlarının heç bir əsası yoxdur. Konqresin dinləmələri Azərbaycana, sadəcə, təzyiq xarakteri daşıyır və Azərbaycan tərəfindən qəbul edilmir. Hakimiyyətdə olan Bayden administrasiyası noyabrda keçiriləcək seçkilərdə erməni diasporunun həm maliyyəsindən, həm də səslərindən faydalanmağa çalışır. Ona görə də erməni mövzusu seçkilərdə manipulyativ mövzulardan biri olacaq. Təbii ki, bu cür dinləmələrin keçirilməsi ABŞ-la Azərbaycan arasında münasibətlərə mənfi təsirini göstərməkdədir. ABŞ bölgədə gərginliyin davam etməsində maraqlı görünür. Bunun üçün də ermənilərin silahlanmasına yaşıl işıq yandırıb. ABŞ Güney Qafqazda maraqlarını təmin etmək istəyir”.

O.Qasımov Konqresdə dinləmələrin hüquqi nəticələrə gətirib çıxaracağını hesan etmir: “ABŞ bu mövzunu, sadəcə olaraq, Azərbaycana siyasi təzyiq üçün istifadə etməyə çalışır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14
Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10
"Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05
"Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54
Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41
Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38
"Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35
Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29
Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21
ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15
Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11
Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01
Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56
Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53
"Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51
Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48
BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru