ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                 

İran niyə narahatdır? - Görünəni odur ki...
Tarix: 4-09-2024, 17:50 | Çap et
İran niyə narahatdır?
İran Rusiyanı Azərbaycanın Ermənistan üzərindən Zəngəzur nəqliyyat dəhlizini açmaqla Naxçıvan anklavına maneəsiz çıxış əldə etmək tələbini dəstəklədiyinə görə tənqid edib. İranın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını faktiki kəsəcək.
Xatırladaq ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. Görüşdə İranın “Qafqazda istənilən geosiyasi dəyişikliyə” qarşı olduğunu bildirib. Görüşdə tanınmış beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərə qarşı çıxmaq, eləcə də bütün region ölkələrinin qanuni maraqlarını və narahatlıqlarını nəzərə almağın zəruriliyi vurğulanıb.

Biz uzun illərdir ki, İranın Ermənistan "sevgi"sinə şahidik. Buna Birinci və İkinci Qarabağ müharibələrində əyani şəkildə şahid olmuşuq. Bu "sevgi" nədən qaynaqlanır?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran və Rusiya müttəfiq dövlətlər olsalar da, hər ikisinin imperial maraqları və ambisiyalarından yaranan qarşıdurmalar, anlaşmazlıqlar mövcuddur. Elə buna görədir ki, artıq 20 ildən çoxdur Rusiya və İran arasında yeni “hərtərəfli əməkdaşlıq” (ing.- comprehensive agreement) sazişi imzalanmır.

Ekspert vurğulayıb ki, iki tərəfin anlaşmadığı mövzular arasında Körfəz mövzusu qeyd oluna bilər: “Məsələn, 2023-cü ilin dekabrında Rusiyanın Körfəz ölkələri ilə imzaladığı birgə bəyanat və İranın BƏƏ ilə mübahisəli adaları mövzusunda Rusiyanın vasitəçilik təklifi İranda mənfi qarşılanmışdı. İran və Rusiya arasında razılaşdırıla bilməyən mövzulardan biri də Cənubi Qafqazın status-kvosu ilə əlaqədardır. Bilirik ki, İran Azərbaycanın bölgədə irəliləyişinin öz maraqlarını təhdid etdiyini düşündüyünə görə 44 günlük Vətən müharibəsindən bəri ölkəmizlə siyasi-diplomatik böhranlar yaşadı, hətta sərhəd təlimləri ilə gövdə göstərisi etdi. Hazırda biz bu münasibətləri, o cümlədən Tehrandakı səfirliyimizi bərpa etmişik”.

Şəhla Cəlilzadə qeyd edib ki, 2022-ci ilin 11 martında Azərbaycan və İran arasında imzalanan anlaşma memorandumu Azərbaycan və Naxçıvan arasında yolun Şərqi Zəngəzur ərazisindən, İran vasitəsilə keçəcəyinin bəyanı idi.

“6 oktyabr 2023-cü ildə isə daha bir sənəd imzaladıq ki, bununla da Zəngilanın (yəni, Şərqi Zəngəzurun) Ağbənd qəsəbəsində İranla avtomobil yolu körpüsünün, gömrük-sərhəd infrastrukturunun təməli qoyuldu. Həmin dövrdə Hikmət Hacıyev “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün cəlbedici deyil, biz İradan keçən marşruta üstünlük veririk” deyə açıqlama verdi. Ötən ay Azərbaycan Ermənistanla sülh müqaviləsinin şərtləri arasından Zəngəzur dəhlizi məsələsi çıxarıldı və bu məsələnin müzakirəsi sülh müqaviləsindən sonrakı danışıqlar mərhələsinə saxlanıldı. Yəni, Azərbaycan, Ermənistan və İran bu məsələdə artıq anlaşmışkən Rusiyanın dövlət başçısı Putinin və xarici işlər naziri Lavrovun timsalında Zəngəzur dəhlizini təkrar gündəmə gətirməsi, təbii olaraq İranı qıcıqlandırır”-deyən politoloq hesab edir ki, bu, onların əsas ehtiyat etdiyi bir neçə məsələ ilə əlaqədardır. Belə ki, birincisi İran Azərbaycanın Naxçıvanla əlaqəsində nəzarət funksiyasını və əlaqədar gəlirlərini itirmək istəmir; ikincisi İran Ermənistanla sərhəddində xarici güclərin, o cümlədən Azərbaycanın, Türkiyə və Rusiyanın nəzarət imkanları əldə etməsini istəmir; üçüncüsü Zəngəzur dəhlizi Türkiyəni Mərkəzi Asiyanın türk dövlətləri ilə birləşdirəcəyi üçün İranda “Türk yolu” olaraq algılanır və buna təhdid yaradan amil olaraq baxılır; dördüncüsü bu dəhlizin açılmasında həm də Qərb maraqlıdır.

“ABŞ Dövlət katibinin köməkçisinin 2023-cü ilin noybardın Bakıya səfərində səsləndirdiyi fikirləri xatırlamaq olar. O, Azərbaycanla Naxçıvan arasında əlaqənin İran deyil, Ermənistan üzərindən həyata keçirilməsinə üstünlük verildiyini, dolayısıyla Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın maraqlı olduğunu bəyan edirdi. Beləliklə, Ermənistandan keçən, yəni Qərbi Zəngəzurdan keçən dəhlizin açılması həm də o deməkdir ki, qlobal nəqliyyat-logistika zəncirində İranın çıxdaş edilməsi ilə nəticələnə bilər. Bütün bunları nəzərə alaraq İranın qayğıları anlaşılandır. Bu, nə İranın “erməni sevgisi”, nə də Azərbaycana qarşı qərəzi deyil, birbaşa olaraq onun maraqlarının təmin olunub-olunmaması ilə bağlı strateji məsələdir, lakin həm də Azərbaycan milli maraqlarının təmin olunmasına ziddir”-deyən Şəhla Cəlilzadə xatırladıb ki, Paşinyan da “Sülh Kəsişməsi” layihəsini təqdim edib. Burada Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı Şimal-Cənub dəhlizinin Ermənistanı İran və Hindistan ilə bağlaması, o cümlədən Körfəz və Qara dəniz arasında Ermənistanın keçid rolu təqdim olunur.

Şəhla Cəlilzadə vurğulayıb ki, Şimal-Cənub dəhlizinin dəmiryol xətti Azərbaycan ərazisindən keçir və bu istiqamətdə müvafiq işlər artıq görülür: “Ermənistan və İran iki ölkə arasında qlobal dəhliz yaradacaq avtomobil yolunun inkişafında maraqlıdır. Bu yolun inkişaf etdirilməsinə həm İran, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı ciddi dəstək olur. Təbii olaraq bu dəstəyin alınmasında Ermənistanın Qərbyönümlü siyasətinin mühüm təsiri olduğu söylənə bilər. Beləliklə, qlobal müstəvidə maraqların mübarizəsi gedir və hansı layihənin ilkin və ön plana çıxacağı hansı qlobal gücün maraqların toqquşmasında daha üstün olacağı ilə əlaqədardır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru