Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                 

“Bizim xarici siyasətimizi Ərdoğan və Əliyev diqtə edir” - Enokyan
Tarix: 24-07-2024, 16:19 | Çap et
 “Bizim xarici siyasətimizi Ərdoğan və Əliyev diqtə edir”
“Ermənistanda hər şey dəhşətli dərəcədə bahalaşıb, nəinki Londonun, hətta Kaliforniyanın San-Xose şəhərinin də qiymətlərini keçib”.

KONKRET.az xəbər verir ki, bu sözləri amerikalı politoloq, beynəlmiləlçi Aqassi Enokyan bildirib.

Erməni politoloqun fikirlərinin bəzilərini oxucuların diqqətinə çatdırırıq: “Ermənistanda insanlar özlərini təhlükəsiz hiss etmir, korrupsiya çoxalıb, insanlar mühacirət edirlər. Bu tənəzzülün sonu görünmür”.

Politoloq Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bölüşüb:

“Beynəlxalq oyunçuları maraqlandıran əsas məsələ Zəngəzur dəhlizi məsələsidir. Burada iki yanaşma var: dəhlizdə ya ruslar dayanmalı, ya da ümumiyyətlə, orada olmamalıdır. Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Ermənistanın ağrılı güzəştlərə getməli olduğunu deyəndə, bunu nəzərdə tutur ki, rusları dəhlizə buraxmaq olmaz. Amma Paşinyanın o cəsarətə sahib olacağına əmin deyiləm.

Lakin Zəngəzur dəhlizi məsələsini Nikol təkbaşına həll edə bilməz. Ona hər iki tərəfdən təzyiqlər var.

9 noyabr tarixli üçtərəfli bəyanatda açıq-aydın yazılıb ki, Dəhliz olmalıdır, ruslar orada dayanmalıdır. Əgər Paşinyan deyirsə ki, “Həmin bəyanatda dəhlizlə bağlı məqamı göstərənə pul mükafatı verəcəm”, deməli, o, imzaladığı bəyanatı oxumayıb”.

Erməni ekspert qeyd edib ki, “Sülh heç vaxt sülh müqavilələri ilə gəlmir. Sülh tarazlığın qurulduğu zamandır. Regionumuzda balans pozulub. İqtisadiyyatımız zəif olduğu üçün iqtisadi tarazlıq yarana bilməz. Hərbi balans da ola bilməz, çünki son 6 ildə Nikol ordumuzu elə darmadağın edib ki, onu bərpa etməyə heç bir ümid qalmayıb. Bircə qalır siyasi tarazlıq, lakin bu, kifayət deyil. Beləliklə, sülh müqaviləsini indidən unudaq. Sülh müqaviləsi Ərdoğanın, Əliyevin, Putinin başımıza vurmaq üçün tutduqları xəncərdir”.

Amerikalı politoloq deyib ki, “Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb etmək absurddur. Sabah əlifbamızı qonşularımız, türklər, azərbaycanlılar oxusun deyə dəyişmək, latın hərfini yazmaq tələbi olsa, təəccüblənməyin… Paşinyan da inandırmağa başlayacaq ki, Putin həmin əlifbanı qəbul etməyə məcbur olub”.

O, Azərbaycan Prezidentinin xarici siyasətinə də toxunub: “Əliyev ciddi siyasət aparır, Çinlə, İranla, Qərblə, Rusiya ilə ciddi müqavilələr imzalayır… Nikol isə nə edir? Bu dövrdə Ermənistan “ciddi” xarici siyasət addımı atdı və Fələstini tanıdı. Görək İsraillə nə qədər problemimiz var. Məsələ İsraillə müzakirə olunubmu? Məsələn, bizdə kilsə torpaqları məsələsi var. Bu haqda danışılıbmı?

Bütün dünyanın Macarıstandan üz döndərdiyi bir şəraitdə Ermənistan Macarıstanla münasibətləri bərpa etmək yolundadır. Bunların hamısı anti-erməni addımlarıdır. Bu o deməkdir ki, bizim xarici siyasətimizi Ərdoğan və Əliyev diktə edir.

Londonda Əliyev-Paşinyan görüşü uğursuz oldu, çünki dəhliz məsələsi hələ də həllini tapmayıb. Paşinyanın deməyə sözü yoxdur. Əliyevin tələblərinə cavab olaraq Ermənistan tərəfi veloyürüşə çıxıb…

Əgər sabah Əliyev elan etsə ki, regional sülh məsələlərini həll etmək üçün erməni deputatlar şalvar aşağı gəlsin, Paşinyan da bununla gedəcək”.

Amerikalı ekspert 44 günlük müharibənin dayandırılmaması ilə bağlı fikirlərini də bölüşüb: Ya Putin, ya İranın xarici işlər naziri, ya da başqaları yalan danışır ki, müharibənin dayandırılması təklifi olub, amma Paşinyan razılaşmayıb. Məncə Paşinyanın Əliyevlə gizli razılaşması var idi ki, müharibəni dayandırmaq üçün hara qədər gedəcəklər, nəyə təslim olacaqlar. Bu variantlardan hər hansı biri Nikolun 44 günlük müharibəni niyə dayandırmadığını izah edə bilər. İndi də hamı ona satqın deyir.

Nikol çox yaxşı başa düşür ki, nə qədər ki, ABŞ, Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirəcək, o, hakimiyyətdə saxlanılacaq, lazım olmayanda atılacaq.

İndi də Avropa deyəndə ki, Ermənistanla danışıqlara hazırıq, bu o deməkdir ki, onunla yanaşı, tələblərin də uzun siyahısı var.

Yeri gəlmişkən, konstitusiya eksperti Vardan Poqosyan kütləvi informasiya vasitələri ilə söhbətində Ermənistanda Aİ-yə üzvlük məsələsi ilə bağlı referendumun keçirilə bilməyəcəyini, bunun qanunsuz olacağını bildirib. Referenduma çıxarıla bilən və çıxarılmalı olan məsələlər Ermənistan Konstitusiyası və Referendum haqqında qanunla aydın şəkildə müəyyən edilib. Bunlar: Konstitusiyanın qəbulu və dəyişdirilməsi, Ermənistanın millətlərarası beynəlxalq təşkilatlara üzvlüyü və ölkənin ərazi dəyişikliyi ilə bağlı məsələlər məcburi referendum yolu ilə həll edilir. Konstitusiyanın Parlament tərəfindən rədd edilmiş maddələri, habelə vətəndaş təşəbbüsü ilə təqdim edilmiş qanun layihələri parlament tərəfindən qəbul edilmədiyi təqdirdə yenidən referenduma çıxarıla bilər”.

Politoloq vurğulayıb ki, indi Türkiyə siyasətini dəyişməyə çalışır, çünki əslində lazım olanı Rusiyadan alıb, indi isə Rusiyaya o qədər də ehtiyacı yoxdur. Rusiya bunu başa düşür və ona görə də Şərqi və Qərbi Turanı birləşdirən dəhlizin onun nəzarətində olmasını tələb edir.

Ermənistan Qərbə getmir. Ermənistan çoxdan üzünü Türkiyəyə tutub.

Nəhayət, yox desək, Avropanın Rusiyanı tərk etməsindən imtina etsək, biz də sanksiyalara məruz qalacağıq.

Əvvəlki strateji doktrinamızın üç sütunu var idi: milli ordumuz, KTMT-yə üzvlük və NATO ilə əməkdaşlıq. Təhlükəsizliyimiz ilk növbədə milli ordumuzdan asılıdır. Nikol hakimiyyətə gələndə ilk işi ordunu məhv etmək oldu”.

O xüsusilə qeyd edib ki, “Avropa İttifaqı erməniləri gözləmir. Çünki Ermənistanda korrupsiya aradan qalxmayıb. Ola bilər ki, məişət səviyyəsində korrupsiya olmasın, yol polisi də rüşvət almasın, amma orta və yuxarı eşelonda dəhşətli korrupsiya var. Dövlət işləmir, sadəcə olaraq idarəçilik yoxdur.

Qərb hələ də Nikola qəti şəkildə rusiyapərəst olmamaq imkanı verir. Ona görə də ona avans verirlər ki, daxildə hər şeyi etsin, korrupsiyaya, insan haqlarının pozulmasına göz yumsun… Nikola daim imkanlar verilir, amma dəyişikliklərdən qorxur. Saakaşvili yolu ilə gedir.

Gürcüstan agentlərə qarşı qanun qəbul etməklə dövlətin hara getdiyini göstərdi. Çünki bu, Rusiya qanunudur. Bizə belə bir qanun lazım deyil, çünki bu, çəkindirici deyil. Nikol agent olmaq istədiyini hər kəsə deyəcək, istəmədiyini heç kimə deməyəcək. Problemi həll etməyin bir yolu var: bizdə insana yox, xalqa, dövlətə xidmət edən belə Milli Təhlükəsizlik Xidməti olmalıdır”.

Aqassi Enokyan bildirib ki, “Belə davam edərsə, Ermənistan türkləşəcək. Amma bir məsələ var ki, Rusiya ciddi xarici agentlərin Ermənistanda olmasına imkan verməyəcək. O hesab edir ki, Ermənistanda yalnız onun agent şəbəkəsi olmalıdır.

Ona görə də Nikolun qalıb-qalmamasına Rusiya qərar verməlidir. Nikol başa düşür və qorxur ki, Metyu Millerin dediyi ağrılı güzəştlərə getsə və rus qoşunlarının Zəngəzur dəhlizinə yerləşdirilməsinə imkan verməsə, sabah öz mövqeyində qalmayacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru