İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                     Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib .....                     Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri .....                     Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... .....                     Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib .....                     Qroznı üzərindəykən zərbə səsi eşidildi .....                     İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? .....                     Azərbaycanda 70 yaşlı "professor" həbs edildi .....                     İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir .....                     Rasim Musabəyovdan Peskova CAVAB: .....                     MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? .....                     “Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... .....                     Distant iş Trampın və Maskın planlarına ciddi maneədir .....                     Talıbovsuz Naxçıvanın ikinci ili .....                     Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır .....                 

Paşinyan erməni cəmiyyətini dəyişə biləcəkmi? - Bir çıxışla bağlı iki qiymətləndirmə
Tarix: 21-04-2024, 05:59 | Çap et
Paşinyan erməni cəmiyyətini dəyişə biləcəkmi?
“Hökumətin və şəxsən mənim gəldiyimiz qənaət belədir ki, tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və hətta bir-biri üçün ciddi təhlükələr yaradır”. Pressklub.az-ın xəbər verdiyi kimi, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin hökumət saatında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hökumət uzun müddət tarixi Ermənistan psixologiyasının və ənənələrinin daşıyıcısı olub. Və yalnız 2022-ci ildə anlaya bilib ki, Ermənistanın təhlükəsizliyinin həlledici faktoru Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir.

“44 günlük müharibədən əvvəl ölkədə tarixi və real Ermənistanın hətta bir-birini gücləndirə biləcəyi ilə bağlı ictimai-siyasi konsensus mövcud idi. Bu nəzər nöqtəsi hətta şəxsən mənim üçün də məqbul idi”, - o etiraf edib.

Nikol Paşinyan daha sonra izah edib ki, yalnız 2022-ci ilin sentyabrında baş verən hərbi əməliyyatlardan, yəni “Cermuka hücumdan” (ermənilər 2022-ci il sentyabr toqquşmalarını Azərbaycanın Ermənistan ərazisinə hücumu kimi qələmə verirlər – red.) sonra nəhayət, əmin olub ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin fiksasiyası ölkənin təhlükəsizliyinin təmin olunmasında həlledici faktor ola bilər. Həmin andan etibarən baş nazirin “real Ermənistanla tarixi Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi” adlandırdığı cari siyasi-psixoloji proses başlayıb. “Bu proses Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesindən heç də asan deyil”, - o vurğulayıb.

Paşinyan daha sonra bəyan edib ki, İrəvan Azərbaycanın “növbəti hücumunun” qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb. Baxmayaraq ki, hətta bu da sülhə zəmanət vermir.

“Biz delimitasiya prosesinin Tavuş rayonundan və Azərbaycanın Qazax rayonunun 4 kəndindən başlanmasının əleyhinə deyilik. Bu kontekstdə tez-tez sual səslənir: Tavuş rayonundakı delimitasiya Ermənistanın təhlükəsizliyinə zəmanət verirmi? Cavab – heç bir zəmanət vermir. Lakin bu məsələlərin həllindən imtina ölkənin təhlükəsizliyinə təhdidin qalmasına zəmanət verir və bunu aradan qaldırmaq lazımdır”, - baş nazir bildirib.

“Tavuşda başlayacaq delimitasiya Azərbaycanın digər ərazilərdə 30-dan çox erməni kəndini Ermənistana qaytarmasına razılıq verəcəyinə zəmanət deyil. Buna baxmayaraq, delimitasiya aparılmalıdır”, - Paşinyan sözünə davam edib.

Qeyd etmək lazımdır ki, baş nazir bu açıqlamanı Brüsseldə ABŞ və Avropa İttifaqının yüksək rütbəli rəsmiləri ilə keçirdiyi danışıqlardan sonra səsləndirib.

Maraqlıdır, Paşinyanın deputatlar qarşısındakı bu çıxışını necə dəyərləndirmək olar? Ermənistan lideri əvvəlcə açıq şəkildə bildirir ki, tarixi Ermənistanın sərhədləri haqqında xatirələrdən imtina etmək və qonşu dövlətlərlə münasibətləri bunun əsasında qurmaq lazım deyil. Sonra isə Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son zamanlar hər kəsin dilində olan 4 qeyri-anklav sərhəd kəndindən başlamağa hazır olduğunu bəyan edir. Paşinyanın bu açıqlamalarından hansı nəticəyə gəlmək olar? Məsələn, ehtimal etmək olarmı ki, Qərb tərəfdaşları ilə Brüsseldə keçirilən son danışıqlar onun mövqeyinin formalaşmasına hansısa şəkildə təsir edib?

İki ölkənin tanınmış ekspertləri Pressklub.az-la söhbətdə bununla bağlı fikirlərini bildiriblər.

Erməni analitik, İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan hesab edir ki, bu və ya digər ölkənin tarixi ilə bu gününü qarşı-qarşıya qoymaq cəhdi süni şəkildə edilir.

“Çoxəsrlik tarixə malik olan bütün xalqlar çox müxtəlif mərhələlərdən keçiblər və ən müxtəlif tarixi təcrübəyə malikdirlər. Dövlət başçısının missiyasıdır ki, vətəndaşların rifahı naminə yeni vəzifələrin qoyulması və həlli prosesində bu təcrübədən istifadə etsin. Çətin ki, vətəndaşları hansısa gələcək naminə keçmiş haqqında ideyalardan ancaq çağırışlarla əl çəkməyə və bugünkü Ermənistanı gözümüzün qabağına gətirməyə ruhlandırmaq olar. Məsələ, əlbəttə ki, dövlətin ölçülərində deyil. Müasir dövrün uğuru ərazilərin əldə edilməsi ilə deyil, tarixin bu mərhələsində sizə ayrılmış kvadrat kilometrləri necə idarə etməyinizlə müəyyənləşir”, - Navasardyan deyir.

Onun fikrincə, dövlət insanlara azadlıq və təhlükəsiz şəraitdə firavanlığa aparan yollarla bağlı həm real baxışları təqdim etməyə, həm də bu baxışı reallığa çevirmək bacarığını nümayiş etdirməyə borcludur.

“Vətəndaşlara praktikada konkret nailiyyətlərlə təqdim etmədən, milli simvollara yenidən baxmağın vacibliyi barədə sözlərlə beyinlərini doldurmaq, onların özünüdərk qavrayışlarını “modernləşdirməyə” can atmaq istəyi isə Sovet İttifaqının böhran şəraitində kommunizm qurmaq utopiyasına bənzəyir. Hollandlar bir-birilərinə kompakt ölkədə yaşamağın üstünlüklərindən danışmırdılar, kanallar çəkirdilər, dənizin əlindən aldıqları hər kvadratmetrdən istifadə etməyi öyrəndilər, keçmişdəki əzəmətlərinə və itirilmiş müstəmləkələrinə görə peşman olmamaq üçün sosial və sənaye texnologiyalarını inkişaf etdirirdilər. Danimarkalılar hakimiyyəti dövründə yol verdiyi “səhvlərə” görə Harald Blatandın adını tarixdən silmədilər. Əksinə, kralın xidmətlərini yüksək qiymətləndirdilər və Bluetooth ixtirasını onun şərəfinə adlandırdılar”, - erməni ekspert xatırladır.

O, qeyd edir ki, həm Ermənistan vətəndaşları, həm də aprelin 5-də Brüsseldə görüşdüyü tərəfdaşlar Nikol Paşinyandan və onun siyasi komandasından dövlət idarəçiliyi sistemini təkmilləşdirməyi, müxtəlif sahələrdə islahatların sürət tempini yüksəltməyi, eləcə də bu gün ölkəyə göstərilən beynəlxalq köməkdən istifadə zamanı səmərəliliyin artırılmasını gözləyirlər.

“Məncə, Brüssel görüşünün nəticələrini əhali ilə şifahi “maarifləndirmə işinin” təşviqi kimi qəbul edənlər Vaşinqtonun və Avropa paytaxtlarının danışdığı dili zəif başa düşürlər.

Bununla yanaşı, təbii ki, üçtərəfli görüşün iştirakçıları, hətta bu mövzu gündəmdə prioritet olmasa belə, Bakı ilə İrəvan arasında nizamlanmanın əsas aspektlərini, o cümlədən sərhədlərin delimitasiyası prosesini diqqətdə saxlayıblar. Dörd qeyri-anklav sərhəd kəndi ilə bağlı konkret məsələnin həlli Brüsseldə əldə edilmiş razılaşmaları gücləndirə və onları təkcə Ermənistan üçün deyil, bütün region üçün əhəmiyyətli edərdi. Amma bu, o zaman baş verə bilərdi ki, bu konkret epizod əsasında müvafiq hökumətlərarası komissiya çərçivəsində danışıqların davam etdirilməsi prinsiplərini işləyib hazırlamaq və razılaşdırmaq mümkün olsun. Hər iki tərəfin sərhəd zonasında iqtisadi fəallığı, sudan və digər təbii ehtiyatlardan səmərəli istifadəni və nəqliyyat kommunikasiyalarını təşviq edən optimal həll müsbət presedent yaradardı, hələ də üstünlük təşkil edən “danışıqlarda tərəfdaş üçün maksimum narahatlıq yaratmaq” tendensiyasını pozardı. Təəssüf ki, mənim başa düşdüyüm qədər, hələ də bu cür həll yolları tapılmayıb. Bu da prosesi ləngidir və iki ölkə arasında sərhədin hər bir sahəsində Ermənistan-Azərbaycan ziddiyyətlərinin kəskinləşməsi riskini saxlayır”, - Navasardyan yekunlaşdırır.

Öz növbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov hesab edir ki, baş nazir Paşinyanın Ermənistan parlamentinin deputatları qarşısında çıxışı Ermənistanın siyasi məkanının incəliklərinə yiyələnmə illəri ərzində insan cəsarətinin zirvəsidir.

“Və deməliyəm ki, bu məkan olduqca çətin məkandır. Bunu Paşinyandan əvvəl hakimiyyətdə olan bütün prezidentlərə baxaraq mühakimə yürüdə bilərik. Onların heç biri Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı mövqeyində belə təkamül keçə bilmədi. Paşinyanın siyasi karyerasının lap əvvəlindən, hətta baş nazir seçilməmişdən əvvəl də onun təsadüfi şəxs olması və Ermənistanın gündəmində olan demək olar bütün məsələlərdə, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından ziddiyyətli siyasi xətt yürütdüyünə dair güclü fikir formalaşıb.

Amma bu gün aydın olur ki, bu yanlış fikirdir. Bu illər ərzində Paşinyan özünü məğlub edə bildi. Yəni Ermənistanın gələcəyi ilə bağlı olan və keçmişdən qaynaqlanan yalançı siyasi doktrinanı məğlub edə bildi. Ondan əvvəl heç kimin ağlına belə gəlməzdi ki, mühafizəkar ictimai rəyə görə tamamilə dalana dirənmiş kimi görünən bu yolla getmək olar”, – professor deyir.

O hesab edir ki, onun bütün siyasi inkişaf yolu cəsarətli sınaqdır. Və Paşinyan bu eksperimenti tamamilə başa vurub.

“Əgər Paşinyan sələfləri kimi siyasi təkamül yolu keçə bilməsəydi, çətin ki, Qərb bir-iki günə onun mövqeyini dəyişə bilərdi. Daha dəqiqi, onun özü Qərb tərəfdaşlarına təsir etdi.

Gələcək Paşinyanın şəxsiyyətinə və onun erməni təfəkkürünün oyanmasına yönəlmiş fəaliyyətinə qərəzsiz qiymət verəcək. Amma bu gün biz burada Azərbaycanda və mən hesab edirəm ki, bütün dünyada Paşinyanın siyasi şəxsiyyətinin rolunu, Cənubi Qafqazda uzun müddətdir mövcud olan münaqişənin həlli və 100 ildən artıqdır ki, mövcud olan tarixi Ermənistan gündəminin aradan qaldırılması baxımından nələrə nail olduğunu başa düşə bilərik. Mənə elə gəlir ki, bütün bu münaqişələrin həlli və Cənubi Qafqazda yeni siyasi reallığın bərqərar olması üçün görünməmiş fürsət yaranıb”, - deyə Abbasov yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Bu gün, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Bu gün, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Bu gün, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Bu gün, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Bu gün, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Bu gün, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Bu gün, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Bu gün, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Bu gün, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Bu gün, 17:31
"TikTok"er xanımlar həbs edildi
Bu gün, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Bu gün, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Bu gün, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Bu gün, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Bu gün, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Bu gün, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Bu gün, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Bu gün, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Bu gün, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Bu gün, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Bu gün, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Bu gün, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Bu gün, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Bu gün, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Bu gün, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Bu gün, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Bu gün, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Bu gün, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Bu gün, 15:58
MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 15:55
“Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Bu gün, 15:47
Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Bu gün, 15:44
Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Bu gün, 15:40
Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Bu gün, 15:38
Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Bu gün, 15:34
Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Bu gün, 15:24
Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Bu gün, 15:19
Müştəri 4,2 manata görə mərkəzin müdirini döydü - 1000 manat cərimə
Bu gün, 15:17
“Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Bu gün, 15:08
İrəvan silah almadı - Rusiya borcunu silir
Bu gün, 15:02
“Tiktokerlər tutulmamalıdır” - Hüquqşünas səbəbləri AÇIQLADI
Bu gün, 14:58
Ramzan Kadırov necə şişibsə... – Özbəkistana əl və dil uzadır
Bu gün, 14:53
Daha bir tiktoker HƏBS OLUNDU
Bu gün, 14:52
Ekipaj komandirinin, ikinci pilotun qəhrəmanlığı nəticəsində sağ qalmışıq - Bələdçi
Bu gün, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru