Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur. Tərtər Rayon İcra Hakimiyyətinin Hacıqərvənd kəndində keçirilən səyyar qəbul-görüşündə kənd sakinləri müraciət edərək R 26(36 km)-Hacıqərvənd avtomobil yolunun asfaltlanaraq Buruc-Güləbatlı avtomobil yoluna birləşdiriməsini xahiş etmişlər. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “42 No-li Yol İstismarı” MMC-si tərəfindən kəndin avtomobil yoluna asfalt salınaraq, Buruc-Güləbatlı avtomobil yoluna birləşdirilir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə görülən işlərlə yaxından tanış olmaq üçün kənddə olub, əlaqədar qurumlara öz tapşırıq və tövsiyyələrini verib, sakinlərlə səmimi söhbət ediblər. Hacıqərvənd kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. diaaz.space