“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                 

"Sülhməramlılar Xankəndiyə yoxlanılaraq buraxılırlar" - Qarabağdakı ruslar “offside”da
Tarix: 12-02-2024, 14:59 | Çap et
 "Sülhməramlılar Xankəndiyə yoxlanılaraq buraxılırlar"
Ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi bir sutkalıq lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz tam təmin olundu. Bundan sonra Qarabağda yaşayan ermənilər könüllü şəkildə bölgəni tərk etdilər. Güman olunurdu ki, ermənilərin gedişindən sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti də ərazini tərk edəcək. Çünki artıq sülhməramlı missiyanın bölgədə qalmasına heç bir ehtiyac qalmayıb.

Qeyd edək ki, rus hərbçiləri 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanata əsasən sülhməramlı adı altında Qarabağda yerləşdirilib. Hərbi missiyanın getmə müddəti 2025-ci ilədəkdir. Əgər tərəflərdən biri müraciət etməsə, o zaman sülhməramlıların Qarabağda qalma müddəti artırılmayacaq.

Antiterror əməliyyatlarından sonra əksər ekspertlər güman edirdilər ki, sülhməramlılar vaxtından tez – yəni ki, 2025-ci ili gözləmədən bölgəni tərk edəcəklər. Amma görünən odur ki, Rusiya tərəfi hərbçilərini nəinki vaxtından əvvəl çıxarmaq niyyətindədir, əksinə, müddətin artırılmasında maraqlıdır.

Bu günlərdə Rusiya xarici işlər nazirinin Mixail Qaluzin TASS-a müsahibəsində deyib ki, Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur: “Tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.

Hərbi jurnalist Səxavət Məmməd AYNA-ya müsahibəsində deyib ki, hazırda Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nə postu var, nə də xüsusi bir fəaliyyəti:

- Onlar hətta Xankəndiyə belə, Azərbaycan tərəfindən yoxlamalardan sonra keçirlər. Düşünnürəm ki, Rusiya ordusunda xidmət edən bütün zabit, gizir və əsgərlər Qarabağda xidmət etmək arzusunda olarlar. Çünki orda onların gördüyü, görəcəyi hansısa bir iş yoxdur. Bəzən silahların yerlərinin aşkar edilməsi və minaların təmizlənməsində Azərbaycan ordusuna, hüquq-mühafizə orqanlarına yardımlar edirlər. Antiterror əməliyyatından sonra ruslar Qarabağda "offsite"da qalıblar. Sadəcə Rusiya dövləti regionda qalmaq istədiyi üçün ordadırlar.

- Gözlənilirdi ki, sülhməramlılar antiterror əməliyyatından, ermənilər Qarabağdan getdikdən sonra bölgəni tərk edəcəklər. Hətta vaxtından əvvəl gedəcəkləri deyilirdi. Amma Rusiya XİN başçısının müavini Mixail Qaluzin başqa söz deyir. Sülhməramlıların 2025-ci ilədək qalacaqlarını bildirdi. Eyni zamanda, dedi ki, bu müddətin uzadılmasına baxılacaq. Qaluzinin diplomatik sözlərini necə tərcümə etmək olar?

- Burda bir məsələyə diqqət ayırmaq lazımdır. Rusiya sülməramlılarının qalması 10 noyabr Üçtərəfli Birgə Bəyanata əsasəndir. Məsələ ondadır ki, 10 noyabr sənədi demək olar ki, indi heç nəyə yaramır. Bəyanatın yalnız Ermənistan ərazisindən keçəcək komunikasiyalar və orda rusların nəzarəti həll edilməmiş qalıb. 10 noyabr sənədinin demək olar, bütün maddələrini Azərbaycan tərəfi özü icra edib. Ərazidə ermənilər qalmayıb deyə, rusların da qalmaması lazımdır. Ancaq Rusiya hələ də o Bəyanatı əlində bayraq edir.

Yeri gəlmişkən, Bəyanatın müddəalarına görə, sülhməramlıların qalması üçün Ermənistan və Azərbaycan tərəfinin icazəsi lazımdır. Ermənistan bu məsələdən uzaqlaşıb. Rusiya da bildirir ki, bu, yalnız Azərbaycan tərəfi ilə müzakirə ediləcək. Əgər Rusiya tərəfi Ermənistanı da bu işə qatsaydı, bu, çox ciddi problemə çevrilə bilərdi.

Hesab edirəm ki, Rusiya regionda qalmaq istəyir və ona görə də, sülhməramlıların Qarabağda qalması üçün "bazarlıq" edəcək.

Bu gün Ermənistanda Rusiyanın 3 hərbi bazası var. Gürcüstanın ərazilərini - Abxaziya və Cənubi Osetiyanı işağl edib. Yəni ki, Rusiyanın Cənubi Qafqazdakı 3 ölkədən ikisinə birbaşa təsiri var. Ancaq Azərbaycanla bağlı belə bir məsələ yoxdur. İndi Rusiya çalışır ki, heç olmasa sülhməramlı adı altında Azərbaycanda qalsın. Vaxt yaxınlışanda Rusiya Azərbaycana qarşı daha çox təzyiq edəcək ki, ərazidə qalsın. Bunun necə nəticə verəcəyini indidən demək mümkün deyil.

- Qaluzin onu da bildirib ki, Bakı ilə bu məsələdə danışıqlar konstruktivdir. Konstruktiv dedikdə diplomat nəyi nəzərdə tutur?

- Azərbaycanla Rusiya arasında bu məsələ ilə bağlı qalmaqal, fikir ayrılığı yoxdur. Tərəflər bir-birinə mane olmur. Hesab edirəm ki, Rusiya Azərbaycan münasibətlərinin indiki mərhələsi rus diplomatın bu fikiri səsləndirsinə imkan verir. İki ölkə rəhbəri bu məsələyə qərar verəcək. Ərazidə nə separatizm var, nə də ermənilər. İndiki mərhələdə hər iki tərəf bir-birinə mane olmadan fəaliyyət göstərir.

- Bölgədəki vəziyyətdən asılı olaraq qərar veriləcək deyəndə rəsmi Moskva nə demək istəyir?

- Bölgədə vəziyyət o zaman dəyişə bilər ki, Qərb Azərbaycana ermənilərin yenidən Qarabağa qayıtması ilə bağlı təzyiqlər edər və rəsmi Bakı ermənilərin gəlməsinə şərait yaradar. Belə olan halda, Qərb çalışacaq ki, əraziyə sülhməramlı adı altında qüvvə yeritsin. Bu zaman Rusiya bölgədə qalmaq üçün Azərbaycana təzyiqlər edəcək. Rəsmi Bakı da seçim qarşısında qalacaq - Rusiya, yoxsa Qərb.

Bundan əlavə, hazırda Fransa regionun qarışması üçün əlindən gələni edir. Ermənistanla Azərbaycan arasında yeni gərginliyin yaranma ehtimalı da yüksəkdir. Əgər regionda yenidən müharibə olarsa, eskalasiya artarsa, Rusiya yenə ərazidə qalmaq üçün təzyiqlər edəcək. İndiki mərhələdə proseslər müsbət yöndə gedir. Ancaq dəyişmə ehtimalı hər zaman mümkündür. Qaluzinin də “vəziyyətdən asılı olacaq” ifadəsi məhz buna görədir.

- Sizcə, 2025-ci ildə sülhməramlılar Qarabağdan gedəcək, yoxsa qalacaq?

- Əgər ermənilər Azərbaycanda yaşamaqdan imtina etsələr və gəlmək istəməsələr, Rusiya sülhməramlıları da ərazidən gedəcək. Çünki özləri də heç bir iş görmədiklərini dilə gətirirlər. Ruslar əslində başqa bir şey üzərində də düşünürlər. Müddət bitib, ərazidən çıxdıqdan sonra Qərb “erməni kartı”nı işə salsa, nə olacaq? Hesab edirəm ki, Rusiya bu tip məsələləri də düşünür. Ümumiyyətlə, bir ölkənin ərazisində ikinci bir ölkənin ordusunun olması, adı hər nə olur-olsun, hər zaman təzyiq vasitəsidir. Əgər Azərbaycan Qərbin təzyiqləri qarşısında duruş gətirsə və proses indiki şəkildə yekunlaşsa, ruslara gərək qalmayacaq və 2025-ci ildə gedəcəklər. Düzü, heç vaxt düşünməmişəm ki, ruslar vaxtından əvvəl gedəcəklər. Çünki rəsmi Bakı da bunda maraqlı deyildi. Çünki ruslar gedəcəyi təqdirdə, Qərb təzyiqi daha da artıracaqdı. Azərbaycan bir növ ruslarla özünü də sığortalamış oldu.

Dünyada baş verən proseslər çox sürətlə dəyişir. Həmçinin regionumuzda da proseslər sürətli şəkildə yön dəyişdirir. Şəxsi fikrim və istəyim ondan ibarətdir ki, ruslar getməlidirlər. Ancaq hər şey proseslərə bağlıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru