"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb" .....                     ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır .....                     Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? .....                     Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? .....                     Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                     Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib .....                     "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" .....                     Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi .....                     AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi .....                     Bu dövlət qurumu ləğv edilir .....                     Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                     Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ .....                     Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... .....                     ABŞ dərdimizə ŞƏRİK OLDU .....                     Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR .....                     Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib .....                     AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb .....                     TƏYYARƏMİZİ RUSLAR VURUB! .....                     Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı .....                     Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI .....                     Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına .....                     "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb .....                     "Canlarını qoymağa yer tapmırlar dünəndən..." .....                     Paşinyan Bakıya başsağlığı verdi .....                     Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? .....                     Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib .....                     Kanal kimin olacaq? .....                     Direktor şagirdi formaya görə cəzalandıra bilər? .....                     BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb .....                     "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" .....                     Balaəli məhkəməyə verildi .....                     Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib .....                     “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” .....                     Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? .....                     "Ekipaj üzvləri əllərindən gələni etdilər" .....                     Daha iki "TikToker" həbs edildi .....                     NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb .....                     Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır .....                     Xalq sülhə səs versə... .....                 

Gənc aktrisa: “Dindar olduğu üçün mənimlə öpüşmədi”
Tarix: 18-11-2014, 08:53 | Çap et
Gənc aktrisa: “Dindar olduğu üçün mənimlə öpüşmədi”
Müsahibimiz “Lider” telekanalında yayımlanan “Qisas” serialının əsas ifaçılarından biri, gənc aktrisa Vəfa Babayevadır.

- Vəfa, əvvəlcə özünü təqdim elə.

- 1993-cü ildə anadan olmuşam. Əslində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin 4-cü kursunda oxumalıydım. Amma anam bir il imkan vermədi getməyə, ona görə indi 3-cü kursdayam.

- Anan Firəngiz xanım da aktrisadır (Firəngiz Babayeva Bələdiyyə teatrının aktrisasıdır). Niyə izn verməmişdi?

- Dedi, mən nə qazandım ki, sən də nə qazanasan? İkinci dəfə sənədlərimi verəndə qəsdən imtahanlarda aşağı bal topladım ki, İncəsənət Universitetinə qəbul olunum.

- “Qisas” sənin neçənci işindir?

- Üçüncü. Birinci işim, Eldar Quliyevin “Girov” filmində olub, Leyla rolunda çəkilmişəm. İkinci rolum İTV-də çəkilən “Üç görüş” filmində olub. Bir də “Qisas”dan sonra Tahir Əliyevin “Səsdən usanmışlar” filmində baş rollardan birini oynamışam.

- Seriala kastinq necə oldu?

- Sözün düzü, mən kastinqə getmədim. Bir dostum dedi ki, qohumum üç rəfiqədən serial çəkmək istəyir. Asif Abramovla belə tanış olduq. Onda Abramov “Muradına çatan günəş” adlı serial çəkirdi. Görüşdük, dedi ki, üç rəfiqədən serial çəkmək istəyirəm, baş rollardan birinin sənin oynamanı istəyirəm. Amma bir neçə ay keçəndən sonra rejissor mənə “Qisas”ın ssenarisini verdi. Dedi ki, Tahir Kazımovun “Qisas” romanını ekranlaşdırmağı planlaşdırırıq. Əsər Almaniyada “Şiller” mükafatı alıb. Türkiyədən də bu romanı çəkmək üçün icazə istəmişdilər. Amma müəllif hüququ Asif müəllimdə olduğundan çəkə bilmədilər. Asif müəllim dedi ki, Zülfiyyə obrazını oxu, gör, necə qəbul edirsən. Bir günə oxudum. Səhər görüşəndə dedim ki, Zülfiyyə ilə Vəfa tamamilə başqa adamlardır. Zülfiyyə mütidirsə, haqsızlıqlara baş əyəndirsə, Vəfa o qədər üsyankardır, haqsızlığa baş əyən deyil. Bu obrazı tam qəbul etməm üçün rejissor iki ay mənlə işlədi, məşqlər elədik.

- Rejissor niyə israr elədi ki, məhz sən oynamalısan?

- Bunu heç vaxt ondan soruşmamışam. O, çox aktrisalarla danışmışdı, kastinq də eləmişdi. Bəlkə də həyatımdan danışdığım bəzi şeylər onu təsirləndirmişdi. Çünki Zülfiyyənin yaşadığı bəzi şeyləri həyatımda yaşamışdım. Düzdür, o zorakılığı yaşamamışam. Amma ailə içi nüanslar var ki, onlar olub. Ona görə dedi ki, bu rol sənə daha yaxın olacaq.

- Rol üzərində işlədiyiniz müddətdə səndə konkret nələr alınmırdı?


- Ən böyük problem o idi ki, Zülfiyyəni qəbul edə bilmirdim. Psixoloji olaraq. Nə olursa-olsun, o, hər şeyi anasına danışmalı idi. Çünki ana onu anlayardı.

- Amma sən aktrisasan. Verilən rolu oynamalısan. Öz xarakterinlə eyniləşdirməməlisən.

- Düzdür. Hətta rejissor mənə dedi ki, özün üçün qeydlər elə ki, Zülfiyyə ilə səni birləşdirən hansı ortaq cəhətlər var. Onda sənə rahat olacaq. Amma sonucda istədiyimiz alındı.

- Çəkiliş prosesi necə oldu? Hansı çətinliklərlə rastlaşdın? Əsas tərəf-müqabillərindən biri Cavanşir Hadıyevlə necə işlədiz?


- Bu rola təsdiqlənəndən sonra Asif müəllim dedi ki, Cavanşir Hadiyevlə bir müddət bir yerdə vaxt keçirin ki, alışasız. Çox söhbət elədik və anladıq ki, nəsə alına bilər. Cavanşir Hadıyev xarizmatik aktyordur, amma sevgi səhnələri ona yaddır. Dava, atışma səhnələri, “krutoy” obrazlar ona daha çox uyğundur, nəinki sevgi səhnələri. Hiss edirdim ki, özü də bu səhnələrdə məsafəli davranır. Həm də namaz qılandır. Ssenaridə öpüşmə səhnələri vardı, dedi ki, mənim 15 yaşımda qızım var. Mən onu eləyə bilmərəm. Bu cür səhnələri çıxartdılar.

Amma İstanbulda çəkilişlər zamanı gözlənilməz bir şey oldu. Sadəcə dodağımdan öpdü. Onu Cavanşir müəllim gözlənilməz elədi. Çəkiliş gedir, biz söhbət edirik. O, deyir ki, mən sənin üzündən, yanağından öpəcəyəm və qəfildən dodağımdan öpdü. Donub qaldım, amma vəziyyətdən çıxdım. Məni iri planda çəkmək istəyəndə operator dedi ki, bu səhnə texniki baxımdan alınmadı. Çünki gün batmışdı. Rejissor özü də sonradan açıq səhnələri çıxartdı ki, insanlar qəbul etməyəcək.

- Bu yaxınlarda sənin bir fikrin-“Erotik səhnəyə çəkilməkdən zövq alıram“-sosial şəbəkələrdə çox müzakirə olundu.

- Space kanalının “Günaydın” verilişində çıxış eləmişdim. Serialdakı zorlanma səhnəsindən danışanda dedim ki, orda açıqlıq yoxdur. Sadəcə, ayaq görünür. Köynəyim açılsa da, altdan mayka geyinmişdim. Saytlardan biri də yazdı ki, guya mən demişəm ki, erotik səhnələrdən zövq alıram, çılpaq çəkilmişəm. Elə söz deməmişəm. Hətta düşündüm ki, saytı məhkəməyə verim. Sosial şəbəkələrdə mənə, atama təhqiramiz sözlər yazıldı. Psixoloji travma aldım. Ataya qarşı zəifliyim var. Atamı uşaq yaşlarımdan itirmişəm. Ona aid nəsə təhqiramiz söz işlədəndə hisslərimi idarə edə bilmirəm. Bəxtim onda gətirib ki, anam aktrisadır, məni anlayır. Başqası olsaydı, haqqımda yazılanlardan sonra qadağa qoyardı. Anam dedi ki, qızım, biz bunu gözləyirdik.

- Serialda hansı aktyorlarla işləməkdən böyük zövq aldın?

- Qurban İsmayılovla işləməkdən çox zövq aldım. Ondan öyrənirdim. Məşq zamanı onu müşahidə edirdim. Bir də anamı oynayan Zemfira Əbdülsəmədovanı qeyd edərdim. Bu iki insan demək olar ki, mənə çox şey öyrətdi. “Qisas” mənim üçün böyük bir həyat proyekti oldu.

- Adətən neçə dubla çəkilirdin?

- Bir dubla. Məsələn, zorlanma səhnəsinə bir dubla çəkildim.

- “Səsdən usanmışlar” filminin çəkiliş zamanı səni müşahidə edirdim. Çəkiliş meydanında çox rahatsan. Bu rahatlıq nədən qaynaqlanır?

- Anam aktrisadır. Çox teatrda işləyib, Mingəçevir, Sumqayıt, indi Bələdiyyə teatrında çalışır. Anam Sumqayıt teatrında işləyəndə dünyaya gəlmişəm. Uşaqlığım teatrda keçib. Bələdiyyə Teatrında “Ölülər” tamaşasında oynamışam. Kamera artıq mənə maket kimi görünür. Ona görə sərbəstəm.

- Çəkiliş vaxtı hansı situasiya yadında qaldı?

- Atamın (ata rolunu Qurban İsmayılov oynayır) ölüm səhnəsi. Romanda Xanlar özünü yandırır. Burda isə asır. Səhnədə mənim əlimi bağlayır, vidalaşır və özünü asır. Asmaq səhnəsi olduğunu bilirdim. Amma ayağının altından stulu itələyəndə birdən mənə elə gəldi ki, doğrudan da öldü. Həmin anı çox ağır yaşadım. Çəkilişdən sonra evə gələndə sancım tutdu, çökdüm yerə. Gözümü açanda gördüm ki, hamı başıma yığışıb. Bu səhnə məndə travma kimi qaldı. Bir səhnə də vardı, Gülər Nəbiyeva guya məni yuxuda iplə boğur. Səhnəni çəkəndə Gülər Nəbiyeva roluna elə qapanmışdı ki, məni doğrudan boğmağa başladı. Tez əlimi qaldırıb, işarə verdim ki, dayandırın. Sonra Gülər xanım məni qucaqlayıb öpdü ki, bağışla, bilməmişəm.

- Zorlanma səhnəsinin çəkilişi zamanı hansısa çətinliklər oldu?


- Yox. Rejissorla, mənim tərəf-müqabilim olan aktyorla müzakirə etdik ki, bu səhnəni necə həll edək. Elə çəkməliydik ki, nə çox açıq alınsın, nə də qapalı. Köynək açılır, sadəcə aktyorun nəfəsi yaxınlaşır boğazıma və burdaca kadr bitir.

- Rol üzərində neçə işləyirsən?

- İndi universitetdə “Skapenin kələyi” qoyulur. İlk dəfədir ki, Silvesteri qadın oynayır. Müəllimim Yaqut Paşayevadır. Məşqdən əvvəl əsəri iki dəfə oxumuşam. Amma komediya olanda bir az çətinlik yaradır.

- Ampluanın önəmi var sənin üçün?

- Mənə dram daha yaxındır. Komediya elədir ki, onu hər aktyor yarada bilmir.

- Ananla tərəf-müqabil olmaq istərdin?

- İstərdim. Çox həvəsliyəm. Hansımızda nəyin çatmadığını bilmək istəyirəm. Anam ən böyük rəqibimdir.

- Anan sənə məşq zamanı yardım edir?

- Çətinlik çəkəndə edir. Amma çətinliyim də olsa demirəm. Evdə məşq edəndə səsimi eşidir, bilir ki, alınmır, özü ucadan başqa cürə deyir ki, yəni belə de.

- “Qisas”dakı roluna görə universitetdə müəllimlərin, anan irad tutdumu?

- Mənə əsas irad köklüyümlə bağlı oldu. Asif Abramovun Türkiyə ilə yaxşı əlaqələri var. “Qisas”a baxıb deyiblər ki, bu qız üzərində işləsə Hülya Avşara oxşayacaq. Dedim ki, Hülya aktrisa deyil. İkincisi də özümü heç kəsə oxşatmaq istəmirəm.

- “Qisas”da hönkürtü ilə ağlayırsan. Ağlamaq səhnəsinin öhdəsindən necə gəlirsən?

- O, səhnələri oynayanda deyirdim ki, çəkilişə yaxın mənə sadəcə, bir dəqiqə vaxt verin. Özümü toplayım. Nə qədər istəyirsiz hönkürtü ilə ağlayım. Mənim ağlamağımın əsas səbəbi atamdır. Onu xatırlayanda ağlayıram. Ona görə ağlamaq səhnələrində problem yaşamışam. Atamı, həyatımdakı itkiləri xatırlamağım mənə bəs edir.

- “Qisas”da zorlanma səhnəsi korrekt verilib. Amma mentallığımızı nəzərə alsaq, bu cür səhnələrə çəkilmək ailə qurmaqda sənə çətinlik törətməyəckmi?

- Azərbaycanda ailə qurmaq istəsəydim bu, mənə mane olardı. Bilirəm ki, olmayacaq qəbul edən. Olsa da sonradan adamın başına vuracaq. Universiteti bitirəndən sonra magistraturanı Türkiyədə oxumaq istəyirəm. Karyeramı da, həyatımı da orda davam etdirmək istəyirəm.

- Atanın anana işinə münasibəti necə idi?

- Hər zaman müsbət qarşılayıb. Atamın ailəsində narazılıq vardı anamın aktrisa olmağıyla bağlı. Atam həmişə anamın arxasında dayanıb, onu dəstəkləyib, güvənib. İndi aktrisaların qarşısına şərt qoyurlar ki, sənəti atmalısan. Ailədir də, olacaq, olmayacaqsa, olmasın.
\\ kulis.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Bu gün, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20
Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15
AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13
AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09
TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06
Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02
Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53
Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51
"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49
"Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33
Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27
Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26
Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25
Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22
Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16
BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14
"Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11
Balaəli məhkəməyə verildi
Bu gün, 16:08
Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59
“Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32
Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25
"Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18
Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14
Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02
Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00
Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09
Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07
Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01
Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55
Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48
Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44
Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42
Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru