Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə .....                     "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" .....                     Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək .....                     "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" .....                     “5A Construction” şirkəti ölkədən pul çıxarıb? .....                     Culfa və Babək şəhərinin baş planının hazırlanması .....                     Tramp-Putin görüşünə hazırlıqlar başlayır .....                     "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" .....                     “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” .....                     Jurnalistə vəzifə verildi .....                     Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! .....                     Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq .....                     Paşinyan gecikmiş etirafından peşmandır .....                     Elvin Məmmədova yeni vəzifə verildi .....                     Qardaşına görə arvadının başını kəsdi .....                     Bakıda daha bir lizinq şirkəti təsis edilib .....                     Bakı həbsxanasında .....                     Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... .....                     4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... .....                     “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” .....                     Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... .....                     Afaqın verilişi nə vaxt yayımlanacaq? .....                 

Cavid Qurbanovun özündən varlı atası... - İLGİNC FAKTLAR
Tarix: 14-12-2020, 08:34 | Çap et
Cavid Qurbanovun özündən varlı atası...
Zümrüd meşələrlə əhatəyə alınan, "başına sıldırım qayalardan tac qoymuş” dağın ətəklərində pirani bir kişi mal-qara otarır.

Bu gün nabatda onun növbəsidir. Ömrü burada – Fit və Niyal dağlarının arasında qərar tutan Mücü kəndində keçib. 83 yaşında çobanlıq edən Əsgər Sirac oğlunun varı, dövləti atadan qalma koması və ailəsini dolandırmağa güclə yetən ikicə inəyi var. Deyir ki, bu torpaqların ən böyük xəzinəsi onundur: gənc yaşlarından yaddaşına Firdovsinin, Xaqaninin, Nizaminin, Mirzə Məhəmmədhəsənin, Xəstə Qasımın, Baba Şirvaninin, Əliağa Vahidin hikmətli sözlərini mirvari kimi düzüb.

Amma xəzinə sevdasında saç-saqqal ağartmış bir qoca da var. O "yükünü” pulla, qızılla tutub çəkib aparır. Qənbər Qurbanov, Azərbaycanın sevilən söz, sənət adamı - Aşıq Şəmşir oğlu...

"Ruhum həmişə yüksəkdə olub. Nəfsimi artıq sərf etməmişəm. Dünya malında gözüm, həvəsim olmayıb. Hər bir şeyin sərhəddi olduğu kimi, nəfsin də həddi olmalıdır”.

Əsgər kişi çomağına söykənib dağlara baxır, böyük Nizamidən söyləyir: "Var-dövlətə qul olmaq bihudə bir həvəsdir, Həyatının bəhrəsi bircə anlıq nəfəsdir”.

Cavid Qurbanovun özündən varlı atası...
Mücü kənd sakini 83 yaşında çobanlıq edən Əsgər Sirac oğlu
Mənbə: Meydan.TV


Əsgər kişinin hər kəlməsini gətirib hökmən şeirə, qəzələ, ibrətamiz sözə bağlayır. Gəncliyində məlahətli səsi olub. El məclislərində muğam və təsniflər oxuyub. Aşıqlarla da yoldaşlığı olub. İndi o səs qalmayıb. Amma öyrəndiyi şeirlər beyninə həkk olunub. Sinədəftərdir. Aşıq Şəmşirdən də qoşmalar deyir:

...Bəy deyir: "Yaradan mənəm insanı,
İşləsin qapımda çıxınca canı”.
Bəs mənim torpağım, əkinim hanı?
Niyə çatmır ixtiyarım özümə?

Çəkilib sinəmə dəmir şiş dağı,
Yediyim zəhərdi, içdiyim ağı.
Şəmşir ha qazanır, aparır yağı,
Verən yoxdu qazanc-varım özümə.

Çətinliklərə mərdü mərdanə sinə gərən şairin 87 yaşlı oğlu Qənbər indi, bax, həmin o bəy kimi dolanır. Dubayda şirkəti, Tbilisi şəhərində on milyonlarla dollar dəyərində klinik xəstəxana kompleksi var.

Beş il davam edən tikinti işləri və tibbi avadanlığın quraşdırılmasından sonra xəstəxananın https://ahtbilisi.com/ bu ilin noyabr ayında açılışı nəzərdə tutulurdu.

Yeddimərtəbəli "The American Hospital Tbilisi” Gürcüstanın ən böyük xəstəxanalarından biri olacaq. Onun ümumi sahəsi 23 min kvadrat metrdir. Buradakı palatalarda 122 xəstə çarpayısı, ambulator hissədə isə 36 müayinə otağı var. Klinikada kardioloji, ortopedik, nevroloji, pediatrik və digər xəstəliklərin müalicəsi imkanı yaradılıb. 2018-ci ildə "The American Hospital Tbilisi” layihəsində payın 50 faizi Gürcüstana sərmayə edən xarici kapitallı "Block Georgia” şirkətinə satılıb.

...Sadıx Adıgözəl oğlu Məmmədov "Azəravtoyol” ASC-nin əməkdaşı olub. 2011-cu ilin noyabrın 8-də o, Tbilisidə "İnam” MMC adında şirkət təsis edib. On gün sonra şirkəti Qənbər Qurbanova - "Azəravtoyol” ASC-nin İdarə Heyətinin sədri Cavid Qurbanovun atasına satıb. Elə həmin vaxt şirkətin adı dəyişdirilərək "Sayalı” MMC qoyulub. İxtisasca həkim olan İlqar Qurbanov (C.Qurbanovun kiçik qardaşı) şirkətin direktoru təyin edilib. Bir müddət sonra o, şirkəti tərk edib. Bu ilin iyulunda İ.Qurbanov Bakıda öz şirkətini – "AZ-QO” MMC-ni təsis edib.

2014-cü ilin mayında "Sayalı” şirkətinə nəzarət BƏƏ-dəki "Azercon Holding” şirkətinə ötürülüb. Gürcüstanın Publik Reyestrində açıqlanan məlumata görə, 2013-cü ilin dekabr ayının 2-də Dubayda qurulan bu şirkətin yeganə təsisçisi Qənbər Qurbanovdur.

Qənbər Qurbanov 2013-cü ilin dekabrında "Sayalı” MMC-nin səhmlərinin 10%-ni "Azercon” ASC-yə satıb. 2014-cü ilin may ayının 29-da o, Vüsal Aslanovu və Kamil Hüseynovu 10 il müddətinə "Azercon Holding Ltd” şirkətinin direktorları vəzifəsinə təyin edib. Bu şirkətin direktoru vəzifəsində V.Aslanov və K.Hüseynov müəyyən dövrlərdə bir-birini əvəz ediblər.

Azərbaycanda 2012-ci ilin yayından etibarən şirkətlərin təsisçilərinin adları konfidensialdır. Başqa sözlə, özlərinin razılığı və rəsmi qaydada təqdim olunmadan açıqlana bilməz.

Bu qanun Gürcüstanda keçərli olmadığından, həmin ölkənin dövlət qeydiyyat orqanı tərəfindən ictimaiyyətə açıqlanır. 2017-ci ildə Gürcüstanda açıqlanan məlumata görə, "Azercon” ASC-nin tək təsisçisi 38 yaşlı Yaşar Səmədovdur. Şirkətin səhmlərinin 100%-ni ona Yusif Bayram oğlu Aslanov - Cavid Qurbanovun hazırki müavini Vüsal Aslanovun atası ötürüb. Şirkətin 2014-cü ildə Gürcüstanda açılan filialı 2017-ci ildə ləğv olunub. Filalın direktoru vəzifəsini ADY QSC-nin Maliyyə və İqisadiyyat İdarəsinin rəisi Fuad Səfərov daşıyırdı.

Dövlət Vergi Xidmətinin qeydiyyat sənədlərinə görə, 2017-ci ildə "Azercon” ASC-nin direktoru Vaqif Adıxan oğlu Hacıyev idi. V. Hacıyev uzun illər "Azəryolservis” ASC-də (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi adlanır – red.) rəhbər vəzifələrdə çalışıb.

Hələ 2019-cu ildə Meydan TV-nin araşdırmasında qeyd olunurdu ki, 2011-ci ildə "Sayalı” şirkəti U.Çxeidze 17 ünvanında yerləşən özəlləşdirilmiş 2 nömrəli Doğum evini, eləcə də D.Uznadze, 58 ünvanındakı Travmatologiya Xəstəxanasını, o cümlədən onların yerləşdiyi torpaq sahələrini satın alıb. 2014-cü ildə - şirkətə nəzarət Dubayda qurulan "Azercon Holding” LTD-yə ötürüləndən sonra - sərmayə axtarışları başa çatıb. Layihəyə Bakıdakı "Azercon” ASC və "Azercon UAE Holdings” şirkəti vasitəsilə 40 milyon ABŞ dolları sərmayə yatırılıb. Bu vəsaitin 18 milyon dollarını ABŞ-ın hökumət agentliyi olan Xarici Özəl Sərmayələr Korporasiyası (OPİC) kredit şəklində təqdim edib. Çoxtərəfli razılaşmaya görə, xəstəxana istifadəyə verildikdən sonra "American Intercontinental Healthcare Group” (ABŞ) tərəfindən idarə olunacaq.

"Wings & Freeman Capital” (WFC) şirkəti (Gürcüstan) "American Intercontinental Healthcare Group”-un tərəfdaşlarındandır. Məhz bu şirkət 2015-ci ildə OPİC kreditinin əldə olunmasında Q.Qurbanovun "Sayalı” şirkətinə yardımçı olub. Bundan öncə isə WFC ona tikinti işlərinin başlanması üçün "VTB Bank (Georgia)” ASC-dən 2.8 milyon ABŞ dolları məbləğində kredit alınmasından ötrü hüquqi yardım etmişdi. Amma işin maraqlı tərəfi odur ki, maliyyə məsləhəti almaq üçün müraciət etməzdən öncə Qurbanovlar "öz adamlarını” WFC şirkətinə "yeridə” bilmişdilər.

Rəsmi sənədlərə görə, 21 may 2014-cü ildə Azərbaycan vətəndaşı Rəşid Səmədli "Wings and Freeman Capital” şirkətinin səhmlərinin 50 faizini gürcü ortaqlardan satın alıb. Şirkətin nizamnamə kapitalı 32.010 laridir. Şirkətdəki payların 50 faizi qarşlığında R. Səmədli həmin il iki tranşla WFC-yə 500 min ABŞ dolları ödəyib. Səhmlərin alğı-satqı müqaviləsinə əlavədə deyilir ki, səhmlər üzərində tam hüquqlar əldə etməkdən ötrü Rəşid Səmədli "The American Hospital Tbilisi” layihəsi ilə yanaşı, "ABŞ-ın kənd təsərrüfatı texnikası istehsalçısı olan John Deere şirkətinin Azərbaycanda aqrar layihəsinin reallaşdırılmasına səy göstərməlidir”. Amma bu da R.Səmədlinin öhdəliklərinin hamısı deyil: şirkətin səhmlərinin 50 faizinə nəzarət hüququnun əldə olunmasının maliyyə təzminatı olaraq Müşahidə Şurasının üzvlərinə və direktoruna, eləcə də Azərbaycandakı nümayəndəsinə hər ay 3800 avro ödənilir. R. Səmədli şirkətin illik mənfəətinin 10 faizinin bonus şəklində onlar arasında bölüşdürülməsinə də razılıq verib.

46 yaşlı Rəşid Rəfael oğlu Səmədli Azərbaycanda idman mərc oyunları biznesinə "Caspian Tech” QSC vasitəsilə nazərət edən "Baltech İnvestment” MMC-nin bir müddət direktoru vəzifəsini tutub. Hazırda isə R.Səmədli 2018-ci ilin noyabrında Bakıda 100 min manat kapitalla yaradılan "A Taksi” QSC-nin rəhbəridir.

"Wings & Freeman Capital” şirkətinin Direktorlar Şurasının üzvləri arasında Söhrab Ağalarlı da yer alır. O, 2016-cı ildən "Sayalı” şirkətinin direktorudur. 2016-cı ilin aprelindən Söhrab həm də "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan "Dəmiryolservis” MMC-nin Gürcüstandakı şirkətinin – "Railway Service Geo” MMC-nin direktorudur. Söhrab Ağalarlı 2018-ci ilin sentyabr ayında ADY QSC-nin sədri Cavid Qurbanovun əmrilə "ADY Konteyner” MMC-nin Gürcüstan filialının rəhbəri təyin olunub.

"Sayalı” şirkətinin direktorlarından biri də Gürcüstan vətəndaşı Məmməd Süleymanovdur. "Azercon” ASC-nin Gürcüstan filialının yaradılması da ona tapşıdılmışdı.

Gürcüstanda filialının yaradılması M.Süleymanova həvalə olunan şirkətlərdən biri də "Modern Biznes Qrup” MMC-dir. "Modern Biznes Qrup” şirkəti "MB İnvestment” MMC-nə məxsusdur. Sənədlərə əsasən, "MB İnvestment” MMC-nin iki təsisçisindən biri Azad Şəfi oğlu Qasımovdur. Bu şəxsin də əmək fəaliyyətində "Azərbaycan Dəmir Yolları” QSC-nin İH sədri Cavid Qurbanovun imzası var: C.Qurbanov A.Qasımovu ADY QSC-nin 100% payçısı olduğu ekspeditor şirkətinin - "ADY Ekspress” MMC-nin direktoru təyin edib. "Modern Biznes Qrup” MMC-yə gəlincə, bu şirkətin hüquqi ünvanı Vüsal Aslanovun Bakıdakı mənzilidir. Şirkət V. Aslanovun atasının sifarişilə Sumqayıt şəhərində Nəsimi ad. Mədəniyyət və İstirahət Parkındakı "Göyərçin” kafesini yenidən qurub. "Modern Biznes Qrup” MMC-nin direktoru Zal Mehtiyev, "MB İnvestment” MMC-nin rəhbəri isə onun qardaşı Elmixandır. Elmixan Mehtiyev həm də adı çəkilən parkda idman-sağlamlıq mərkəzi inşa etdirən "Spartak1980” MMC-nin direktorudur.

Cavid Qurbanovun özündən varlı atası...
MB İnvestment şirkətinin məlumatları
Mənbə: Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında baza


M.Süleymanov və S.Ağalarlının adları "Eko Park” MMC ətrafında da kəsişir. Məmməd Süleymanov bu şirkəti 2013-cü ildə Tbilisidə təsis edib. 2014-cü ilin iyulunda o, şirkəti Qənbər Qurbanovun "Azercon Holding Ltd” şirkətinə satıb. "Azercon Holding” şirkəti isə onu 2018-ci ilin avqustunda 1 lariyə Söhrab Ağalarlıya ötürüb.

Bu ölkədəki "İrbis” MMC-nin direktoru da Söhrab Ağalarlıdır. Tbilisidəki bu şirkətin səhmlərini 2018-ci ildə "Mikael” MMC 1.390.000 ABŞ dollarına satın alıb. Şirkət Azərbaycan vətəndaşı Anar Sabir oğlu Babayevə məxsusdur.

Söhrab Ağalarlı bu ilin fevralında yaradılan "Globe Trans” MMC-nin (Ukrayna) iki təsisçisindən biridir.

Bakıda 2018-ci ildən "Globetrans” MMC-nin filialı fəaliyyət göstərir. Dəmir yolları daxil olmaqla bütün növ nəqliyyat vasitələri ilə yük daşımaları xidmətləri göstərən şirkətin baş ofisi Tbilisidə, Çxeidze küçəs, ev 6 ünvanındadır. "ADY Konteyner” MMC-nin Gürcüstandakı filialı bu binadadır. "Globetrans” MMC-nin Bakı filialının hüquqi ünvanına gəlincə, bura (Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193) həm də "Baltech Group” MMC-nin dövlət qeydiyyatında istifadə olunub. Qonşu mənzilərdən biri isə "A Taksi” QSC-nin qeydiyyat ünvanıdır.

... Ömrünün müdrik çağlarını yaşayan Əsgər kişi gözlərini qıyıb uzaq bir nöqtəyə baxır. "Kənddə ibtidai məktəb oxuyub onillik təhsilimi Basqalda tamamlamışam. Azərbaycandan bircə dəfə kənara ayaq qoymuşam – Keninqsberqdə (Kalininqrad) hərbi xidmətdə olanda. Gözəl yerlər idi. Amma bu yerlər daha əzizdir. Uşaqlıq illərim müharibə dövrünə düşüb. Kasıb olmuşuq, acından ölənimiz olmayıb. Çətinə düşənə əl uzatmışıq. Zəhmət çəkmişik - bir tikə çörəkdən ötrü.

Aşıq Şəmşir deyir:

Sən yaxşıya can de, xaini dağla,
İlqarsız adamın nitqini bağla,
Əlacın olanda elə gün ağla –
Yoxsula əl uzat, nəzarət eylə”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03
Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59
Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58
Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55
Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41
Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34
4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30
“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16
Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14
Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03
Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50
Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45
AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32
Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27
Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26
Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22
`Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16
Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru