Əsas Səhifə > Üst manşet / Güney Press > Diaqnostika Mərkəzi adlı QƏSSABXANA

Diaqnostika Mərkəzi adlı QƏSSABXANA


Bu gün, 02:46

"Mənim oğlum İsmayılov İsmayıl Elbrus oğlunda sentyabr ayında güclü baş ağrısı başladı. 09.09.2025ci ildə MRT olundu və başında iki törəmə aşkar olundu. Bu törəmələr hidrosefaliya yaratmışdı..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün müraciətində Elbrus İsmayılov yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Respublika Diaqnostika Mərkəzində Ruslan həkimin yanına getdik. Baxdı dedi əməliyyat lazımdı. 10 saat əməliyyat keçdi. Və balam əməliyyatdan sağ-salamat çıxdı. Əməliyyat zamanı şunt qoyulmalı idi, qoyulmadı. Drenaj qoyuldu. Uşaq yavaş-yavaş yaxşıya doğru gedirdi. Drenaj tez çıxarıldı. (Sonradan araşdırıb görürüm ki drenaj bağlanmalı vəziyyət yoxlanmalı sonra cıxarılmalı imiş). Nəticədə hidrosefaliya yeniden basladi. Maye dəri altına keçdi. Bir necə dəfə şipirislə çıxardılar. Amma xeyri olmurdu. 21.09.2025ci ilə axşam həkim uşağın başını bandajla bərk sıxdı. Dəri nəticədə beyin içi təyziq artdı. 22.09.2025ci ildə şunt əməliyyatı olunacaqdı. İnfeksiya olduğuna görə təxirə salındı. Beyin içi təyziq artdığı üçün uşaqda qıcolma başladı. Həkimə dedik. Gəlib heç uşağa baxmadan qıcolma iynəsi yazdı. İynəni çox gec gətirdilər. Uşaq sakitləşdi və fısıdayaraq yatmağa başladı. Sən demə təyziq artmiş nəfəs mərkəzini sıxmış uşağım son nəfəsini verirmiş. Sonra xırıldamağa başaldı. Reanimasiya düşürdülər. Bunların heç birində Ruslan həkim yox idi. Reanimasiyadan 20-30dəq sonra gəldi. Drenaj qoyuldu. Halbuki reanimasiya düşürəndə artıq gec imiş. 3gün aparala reanimasiyada qaldı və dünyasını dəyişdi
Öz ayağı ilə gülə-gülə getdiyimiz xəstəxanadan balamın cansız bədənini verdilər mənə.
Şikayətçiyəm. Niyə əməliyyat zamanı şunt qoyulmadı? Niyə drenaj yoxlanmadan tez cıxarıldı? Niyə mənim balamın üzərində təcrübə keçdi? Uzman həkim bilmirdimi başında maye olan xəstənin başını bərk sıxmaq olmaz? Mənim balamda qıcolma baş verəndə həkim niyə zəhmət çəkib gəlmədi?"

Geri qayıt