Əsas Səhifə > Üst manşet / Güney Press > SOCAR-ın adından növbəti SAXTA SƏNƏD
SOCAR-ın adından növbəti SAXTA SƏNƏDBu gün, 07:34 |
|
Bir neçə gün əvvəl bir çox saytlar və sosial şəbəkələr SOCAR-da çalışan işçilərin əməkhaqlarının artırılması haqqında uydurma xəbər yaydılar ki, sonradan bu xəbərin əslində saxta bir sənədə söykəndiyi tam təsdiqləndi. Elə "DİA-AZ" olaraq da bu barədə geniş məlumat təqdim etdik.
Burada maraqlı olanı o oldu ki, SOCAR nədənsə əslində öz işçilərinə qarşı bir təxribat hadisəsi olan bu olaya hansısa formada izahat vermədi. Bu isə növbəti təxribat üçün zəmin rolunu oynamalı idi və oynadı da. Dünən yenə də anoloji qaydada sosial şəbəkələrdə SOCAR əməkdaşlarının qazanc əlavəsi ilə bağlı yeni saxta olduğu şübhə doğurmayan "sənəd" ictimailəşdi. Maraqlı orasıdır ki, yenə də sosial şəbəkələrdə bu "sənəd" sürətlə yayıldı. Və işçiləri inandırmağa çalışdılar. Bu saxtakarlığı edənlərin eyni mənbə olduğu isə şübhə doğurmur. Çünki yenə də oxşar səhvi buraxıblar. Bəlkə də məqsədli olaraq. Əgər keçən səfər saxta sənəddə əmr nömrəsi ifşaedici faktor idisə, bu dəfə 2025-ci ilə aid bonus əlavəsi kimi təqdim olunan "əmr sənədinin" mətninin ümumiyyətlə, 2934-cü ilə aid olduğu açıq-aşkardır. Sual olunur: Bəs görəsən, bütün bu saxtakarlıqları KİM(LƏR) EDİR? Və bu kimlərə lazımdır? Hər halda bu məqamı gərəkən qurumlar diqqətə almalıdır. Çünki kimlərsə onsuz da əsəbləri tarıma çəkilmiş minlərlə işçinin duyğuları ilə oynayır. Bu isə... CİDDİ MƏSƏLƏDİR... Geri qayıt |