Əsas Səhifə > Üst manşet / Güney Press > Həsənovun 7 aylıq xərci: 22 milyon...
Həsənovun 7 aylıq xərci: 22 milyon...Bu gün, 07:00 |
|
32gun.az-ın araşdırmasına görə, cari ildə Elşad Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Yasamal Rayon İcra Hakimiyyəti sadəcə 7 ay ərzində 21.767.741,2 manatlıq tender müqaviləsi bağlayıb. Araşdırma göstərir ki, ilin əvvəlindən icra orqanı tender fəaliyyətinə 30.04.2025 tarixində İST Firmasından 10.560 manatlıq Aİ-95 markalı benzin almaqla başlayıb. Daha sonra bağlanmış əsas müqavilələr aşağıdakılardır: “Ramco” Qapalı Səhmdar Cəmiyyəti – Köçürülmə işləri üçün daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi – 17.051.000 AZN
İST Firması – Aİ-95 markalı benzin – 10.560 AZN “Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN “Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 763.401 AZN Qeyd edək ki, rəsmi məlumatlara görə, Yasamal rayonunun əhalisi 249.335 nəfərdir. Sadə hesablama göstərir ki, təxminən bir sakin üçün 1 milyon manata yaxın pul xərclənib – gülməli səslənsə də, rəsmi rəqəmlər belədir. Beləliklə, Elşad Həsənovun rəhbərliyi altında icra orqanı 7 ayda ümumilikdə 21.767.741,2 AZN dəyərində tender müqaviləsi imzalayıb. Geri qayıt |