Əsas Səhifə > Üst manşet / Güney Press > AZƏRİQAZ işçisi Prezidentdən kömək istəyir

AZƏRİQAZ işçisi Prezidentdən kömək istəyir


Bu gün, 09:05

SOCAR Azəriqaz İstehsalat Birliyində "Ölkədə işsizliyin artmasına dəstək " siyasəti davam edir.
"DİA-AZ" xəbər verir ki, öhdəsində iki azyaşlı övladı olan 2-ci qrup əlil atası Şükürov Kənan Vaqif oğlu əlaqədar qurumlardan probleminin həllinə köməklik istəyir. Onun müraciətində deyilir:
"Quba rayonunda yasayıram. 2012-ci ildən Quba Qaz İstismarı İdarəsində nəzarətçi çilingər vəzifəsində çalışıram. 10.06.2025-ci il tarixində kecirilən attestasiya imtahanında iştirak etmişəm.
İmtahanda iştirakçılar üçün qeyri-bərabər muhit (rəhbər heyətin prosesə təsiri, kompüter sisteminde yaranan nasazliqlar, nəticələrin qeyri-şəffaf olması və s.) yaradılıb. İmtahan nəticələri əsasında əmək muqaviləmizə xitam veriləcəyi deyildi və xitam bildirişləri təqdim edildi.
Mən etirazımı bildirərək bildirişdən imtina etdim.
✅Daha sonra ştat ləgv olunmasını səbəb gətirərək işimə xitam veriləcəyi bildirildi.
✅ Lakin mənim vəzifəmə başqa işçi yönləndirildi.
Dəfələrlə Azəriqaz İB, SOCAR İRD və digər yerlərə muraciət etməyimə baxmayaraq şikayətimə baxılmır.
Qeyd edim ki, himayəmdə 2 azyaslı övladım və 2-ci qrup əlil atam var. Xahiş edirəm mənə köməklik göstərəsiniz.."
"DİA-AZ" qeyd edir ki, narazı SOCAR işçisinin ölkə rəhbərliyinə müraciətini Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib.

Geri qayıt