Əsas Səhifə > Üst manşet / Güney Press > SOCAR-da işçi ixtisarı ƏVVƏLKİ TEMPİNDƏ...

SOCAR-da işçi ixtisarı ƏVVƏLKİ TEMPİNDƏ...


Bu gün, 08:55

"SOCAR-da DOST xidmətinin göndərdiyi çoxsaylı insanlarla da bağlanmış müqavilələrə xitam verilməsi davam edir..." "DİA-AZ" xəbər verir ki, bu məlumatı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ictimailəşdirib.
Xatırladaq ki, neçə müddətdir ki, süözügedən prosesə start verilib və `Abşeronneft`də hətta ümumi olaraq 60 yaşdan yuxarı işçilər belə az qala hədə-qorxu yolu ilə olsa da, işlərindən uzaqlaşdırılırlar.
Bu barədə əvvəlki paylaşımımız:
`Abşeronneft`də 60 yaşdan yuxarı işçilər RƏSMƏN HƏDƏLƏNİR - "Əmək Məcəlləsinin bütün bəndlərinə tüpürərək..."
NHMT sədrinin özünün sosial şəbəkə hesabındakı paylaşımında isə qeyd olunur ki, hazırda `Abşeronneft`də DOST xidmətinin göndərdiyi çoxsaylı insanlarla da bağlanmış müqavilələrə xitam verilməkdədir.
M.Qəhrəmanlı konkret misal da çəkib: "2019-cu ildən SOCAR Abşeronneft Neft və Qaz Çıxartma İdarəsinin 2 sayli Qaz paylama sahəsində işləmiş 1974-cü il təvəllüdlü (50+) Mikayilova Səadət Zabit qizi ilə də bağlanılmış Əmək Müqaviləsinə xitam verilib..."
Məsələ diqqətimizdədir...

Geri qayıt