Əsas Səhifə > Üst manşet / Güney Press > Binəqədi bizim yox, başçının evidir...
Binəqədi bizim yox, başçının evidir...Bu gün, 06:19 |
|
Binəqədi rayonunda qanunsuz tikinti aparılaması ilə bağlı sosial şəbəkələrdə daha bir məlumat yayılıb.
AzFakt.com xəbər verir ki, məlumatda Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 207 ünvanında qanunsuz tikinti işləri aparılması ilə bağlı görüntülər yayılıb.
Qeyd edək ki, aparılan tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur.
Məlumata görə qanunsuz tikintiyə Dövlət Şəhərsalma və Arxektura Komitəsi və Binəqədi rayon İcra Hakimiyyəti "göz" yumur.
Bildirilir ki, qanunsuz obyekti Xanoğlan adlı şəxs tikdirir.
Sosial şəbəkələrdə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Binəqədi rayon İcra Hakimiyyətinin sahibkarla anlaşaraq, qanunsuz tikintini görməzdən gəlmələri birmənalı qarşılanmayıb.
Qeyd edək ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev yeni təyinat alan icra başçılarını qəbul edərkən onlara təlimatlar verməklə yanaşı, eyni zamanda məmurlara bir daha sərt xəbərdarlıq edib.
“Əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər”, deyə ölkə Prezidenti çıxışında vurğulayıb.
Həmçinin prezident qeyd edib ki, onun təlimat və xəbərdarlıqlarını nəzərə almayanlar barədə ölçülər götürülür və götürüləcək. Qeyd edək ki. son aylar yenidən bir neçə rayon icra hakimiyyətində antikorrupsiya əməliyyatları keçirilib və həbslər olub. Prezident də son çıxışında bu həbslərin davam edəcəyinə işarə edib.
Xatırladaq ki, Binəqədi rayonunda baş verənlər onu deməyə əsas verir ki, icra başçısı Elxan Allahverdiyev prezidentin təlimat və xəbərdarlıqlarını diqqətə almır...
Geri qayıt |