Əsas Səhifə > Üst manşet / Güney Press > ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIRBu gün, 07:07 |
32gun.az olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov barədə mətbuatda və digər internet resurslarında gedən məlumatları araşdırdıq. Qarşımıza çıxan mənzərə heç də ürək açan deyil. Eyni ilə rəhbəri olduğu qurumun şikayətçilər tərəfindən sosial şəbəkələrdə, telekanallarda və mətbuatda vətəndaşlar tərəfindən şiddətli tənqidə məruz qalması kimi... Milyonluq tender müqavilələri, ucu-bucağı görünməz xərclər və su kimi axan pullar...Diqqətçəkən tenderlər2024-cü ilin oktyabrında Zaur Mikayılovla Milli Məclisin deputatı Xanlar Fətiyev arasında 746 min manatlıq sövdələşmə baş verib. “SEDAM” MMC ADSEA-nın Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti üçün tender keçirərək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən aqreqat alıb. Araşdırmalar göstərir ki, bu zavodun faktiki sahibi Xanlar Fətiyevdir. ADSEA-nın tabeliyindəki digər satınalmalar da diqqət çəkir:
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (əvvəlki “Azərsu”) cari ilin 8 ayında 41 tender keçirib. Bu tenderlərin bir çoxunda qalib şirkətlər barədə açıq məlumat yoxdur və bu, tenderlərin şəffaflığına şübhə doğurur. Məsələn:
Bu nümunələr ADSEA-nın tender proseslərində ciddi şəffaflıq problemlərinin olduğunu göstərir.
Zaur Mikayılovun rəhbərliyi altında ADSEA və tabeliyindəki qurumlarda kütləvi ixtisarlar aparılıb. 2024-cü ilin iyulunda yayılan məlumatlara görə, təxminən 400 işçi işdən çıxarılıb. İşçilər işə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.
İctimai iştirakçılıq və qanun pozuntusu2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanuna görə, mərkəzi icra hakimiyyəti orqanlarının yanında İctimai Şuralar yaradılmalıdır. Lakin ADSEA yanında belə bir qurum mövcud deyil. Bu, vətəndaş iştirakçılığı və qurumun fəaliyyətinə ictimai nəzarətin təmin edilməməsi kimi qiymətləndirilir. Su problemi və vətəndaş narazılığı2025-ci ilin yayında Bakının bir sıra ərazilərində, xüsusən Yeni Günəşli, Qaraçuxur və Bakıxanovda su təchizatında ciddi fasilələr müşahidə edilib. Sosial şəbəkələrdə və mediada bununla bağlı çoxsaylı şikayətlər yayımlanıb. ADSEA rəhbərliyi isə vəziyyətlə bağlı açıqlama vermir. NəticəADSEA-da aparılan tenderlər, kadr siyasəti və qanunvericiliyin pozulması barədə məlumatlar qurumda şəffaflıq və hesabatlılığın ciddi problemlərlə üzləşdiyini göstərir. Vətəndaşların maraqlarının qorunması və ictimai nəzarətin təmin olunması üçün əlavə tədbirlər zəruridir. Geri qayıt |