|
Qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələrimizin genişlənməsi hər iki tərəfin xeyrinədir. Bu iqtisadiyyatın ciddi bir sahəsi olan bank sektoruna da aiddir. Əlbəttə, ölkəmizdə 70 illik sovet dönəmində özəl banklardan danışmaq absurd olardı. Ancaq 1991-ci ildən, yəni müstəqillik dönəmindən başlayaraq ölkəmizdə həm də yerli özəl banklar, həm də xarici banklar fəaliyyətə başlayıb. Belə banklardan biri də Ziraat Bankdır. Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir. "DİA-AZ"ın məlumatına görə, araşdırma zamanı bəlli oldu ki, bankın rəhbəri Avni Dəmirçi onu bu vəzifəyə gətirən FETÖ-ya olan simptiyasını zaman-zaman açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta bank rəhbərinin Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsi zamanı az qala toy-bayram etdiyi də həmin dönəmdə diqqətdən yayınmadı. Bir sözlə, “Ziraat Bank” rəhbərinin FETÖ sevgisi bankın fəaliyyətinə ciddi təsir edib. Araşdırmadan o da bəlli olur ki, bankın rəhbəri Avni Dəmirçi Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirlərdə kənar qalmağa çalışır. Və... bu da hamısı deyil...
"DİA-AZ" bildirir ki, son günlər mediada gündəmdən düşməyən keçmiş PA şefi Ramiz Mehdiyevin də “Ziraat Bank” rəhbərliyi ilə yaxşı münasibətləri var. Bu barədə danışan mənbə iddia edir ki, hətta bir neçə gün əvvəl mətbuatda barəsində danışılan Mehdiyevin gizli bank hesablarından biri məhz “Ziraat Bank”dadır.
Mənbə iddia edir ki, Ramiz Mehdiyevin özü yox, yaxınları, yaxın çevrəsi də bu bank vasitəsilə müəmmalı maliyyə əməliyyatları həyata keçiriblər.
Əlavə məlumat veriləcək. Bizi izləməyə davam edin...
Geri qayıt
|