Əsas Səhifə > Üst manşet / Güney Press > Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR
Pulumuzu oğurlamaqda BİR DƏNƏDİRBu gün, 05:32 |
|
"Şikayətim "Birbank"dandr". "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Həmid Alayarov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Son 2 gündə 2 dəfə "Kapital Bank"a ("Birbank") valyuta mübadiləsi üçün müraciət etmişəm.
Birinci dəfə 100$-ı manata, ikinci dəfə isə manatı dollara dəyişmək istədim.
İlk dəfə yaxınlaşanda dedilər ki, bank daxilində dollar dəyişilmir, “çöldəki cash-in aparatında dəyişin, kurs 1.6970-dır.” Amma aparat qəpik vermədiyi üçün 169 AZN ilə hesabladı. Düşündüm, bəlkə sistemdə texniki problem var, ciddi yanaşmadım.
Ertəsi gün manatı dollara dəyişmək istədim. Yenə eyni cavab – “cash-in aparatla dəyişin.” Kurs 1.7020 idi, amma aparat qəpik qəbul etmədiyi üçün 1.71 ilə hesablama apardı, yəni 171 AZN.
Belə çıxır ki, bu formada bank hər əməliyyatdan insanların cibinə girir. ?
Bu qədər çətin dövrdə belə ədalətsizliyə nə gərək var?
Niyə insanların haqqına girirsiniz?"
Geri qayıt |