Əsas Səhifə > Üst manşet / Güney Press > BDU tələbələri təqaüddən narazıdır
BDU tələbələri təqaüddən narazıdırDünən, 07:21 |
Tələbələr təqaüdtən çıxılan məbləğdən narazıdılar.Ajans.az xəbər verir ki, bu barədə saytımıza daxil olan şikayətdə öz əksini tapıb. Şikayətçi şəxslər bildiriblər ki, zərbəçi təqaüdü alan tələbələr hər ay Təhsil Həmkarlar İttifaqları Komitəsi (THİK) üçün müəyyən məbləğin çıxılmasından narazılıq edirlər. Onların sözlərinə görə, əvvəlki illərdə bu kəsinti 3 manat təşkil edirdisə, indi təqaüdlərin artımından sonra bu rəqəm 4 manata yüksəlib. Nəticədə, təqaüd alan şəxslərə 160 manat əvəzinə 156 manat ödənildiyi bildirilir. Tələbələr bu kəsintinin əsaslandırılmasını və müvafiq qurumlar tərəfindən aydın izahat verilməsini tələb edirlər.Mövzu ilə bağlı, BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq. 1 ay ərzində sorğumuza cavab verilmədiyi üçün şikayəti qarşı tərəfin mövqeyi olmadan işıqlandırmağa məcbur olduq. Geri qayıt |