Əsas Səhifə > Üst manşet / Güney Press > Masallıda QARA MASKALI İNTİZARI
Masallıda QARA MASKALI İNTİZARIDünən, 05:41 |
|
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılan əməliyyat çərçivəsində rayonun icra başçısı və bir neçə digər rəsmi şəxs saxlanılıb.
"Eyni xarakterli hüquq pozmaları Masallı rayonunun Kolatan bələdiyyəsində də baş verir". "DİA-AZ" xəbər verir ki, bu barədə iddialar səsləndirən yerli sakinlər ölkə rəhbərliyinə müraciət edərək Masallı ilə bağlı da anoloji addımların atılmasını xahiş ediblər.
Sakinlərin bildirdiyinə görə, bələdiyyə tərəfindən 12 sahibkarla hər biri üzrə 11 aylıq icarə müqaviləsi bağlanıb. Qeyd olunur ki, bu cür müqavilə müddətləri mövcud qanunvericiliyə zidd hesab olunur.
Sakinlər yazır: "Yaranmış söz-söhbət və şayiələrə son qoymaq üçün məqsədəuyğun olardı ki, məsələ Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılsın. Əgər iddialar həqiqətə uyğun deyilsə, bu da rəsmi şəkildə aydınlaşdırılsın.
Eyni zamanda, bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin də vəziyyətlə maraqlanması yerinə düşərdi".
Məsələ diqqətimizdədir...
Geri qayıt |