Əsas Səhifə > Üst manşet / Güney Press > AQTA işinin öhdəsindən gələ bilmir...

AQTA işinin öhdəsindən gələ bilmir...


Bu gün, 07:18

"Respublikada dabaq xəstəliyi yayılıb. Müəyyən tədbirlər görülür. Lakin bəzi aidiyyatı qurumlar hərəkətsizlikləri ilə fərqlənirlər". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
Jurnalist daha sonra bildirir: "Məsələn, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birbaşa həyəcan təbili çalmalı olan təşkilatdır. Məhz bu agentlik əhalinin sağlam və təhlükəsiz qidalanmasının qayğısına qalmalıdır. Amma biz əksini görürük. Sirr deyil ki, bazarlarda, mağazalarda baytar yoxlanışı kağızı, AQTA-nın yoxlama arayışı hansı kriteriyalara əsasən verilir. Əgər AQTA işini vicdanla görsəydi, biz hələ də küçələrdə palçığın, tozun içində ət və digər yeyinti məhsullarının satışını görürüksə, deməli AQTA funksiyasını yerinə yetirə bilmir. Bu agentlik yaradılana qədər də baytarlıq xidməti göstərənlər, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu nəzarəti həyata keçirdirdilər.
Amma sözdə. Əməldə isə bazar-dükana gedəndə vəziyyətin nə yerdə olduğunu görüb bilirdik. AQTA yaradılanda ümid var idi ki, vəziyyət düzələr. Çünki ASAN xidmət, DOST xidmətinin timsalında bizim nümunəvi, yenilikçi təşkilatlarımız uğurla fəaliyyət göstərirlər. AQTA rəhbərliyi də təşəbbüskar, vətəndaşın güzəranını düşünən olsaydı, öz sahəsində radikal dönüş etməyi bacarar, qayda-qanun yaradardı. Sadəcə istəmirlər. Düşünmürlər ki, təhlükəsiz qidanın fəsadı özləri də daxil olmaqla hər kəsə toxunur.
Dönərxanaların, sallaqxanaların fəaliyyətinə göz yummaqla özünüz özünüzü aldadırsınız".

Geri qayıt