Əsas Səhifə > Üst manşet / Güney Press > Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI
Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDIBu gün, 06:49 |
Hələ bir neçə il əvvəl Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqalə yazmışdı. Məqalədə qeyd olunmuşdu ki, bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar yaşayış komplekslərinin idarə edilməsində illərdən bəri mövcud olan problemlər və mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi ilə bağlı şikayətlər azalsa da, vətəndaşlar ötən il də Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndəriblər. Həmçinin məqalədə o da vurğulanmışdı ki, il ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət ediblər. Bu günlərdə sosial şəbəkələrdən birində bir vətəndaş ArchiCO Engineering Company Archico MMC adlı inşaat şirkətindən şikayətçi olduğunu bildirib. Vətəndaş şikayətində qeyd edib ki, Azərbaycanda özünü professional mühəndislik kimi təqdim edən ArchiCO Engineering Company Archico MMC adlı bir şirkət var. Bu şirkət Zabitlər bağı yanında yerləşən Evim Residence-in tikintisi və satışı ilə məşğul olur. Azərbaycanda olduğum qısa məzuniyyət ərəfəsində, şirkətdə çalışan yaxın dostumuzla məsləhətləşdikdən sonra, avqust ayının 20-i tarixində bu şirkətin verdiyi yalançı vədlərə inanıb, şərtləri razılaşdırıb (1 kvadratmetrinə 3000 AZN olmaqla), Archico şirkətinin möhürü də olan 2 otaqlı mənzilin alqı-satqısı ilə bağlı müqaviləyə imza atmışam və 70 min AZN məbləğində ilkin ödəniş etmişəm. Şikayətçi onu da bildirib ki, üstündən bir neçə həftə keçəndən sonra şirkət nümayəndəsi ilə əlaqə saxlayanda isə o, mənə qiymətlərin 3000 AZN-dən 3500 AZN-ə qalxması səbəbindən satışın baş tutmayacağını, şirkət direktorunun möhür olmasına baxmayaraq müqaviləni imzalamadığını bildirmiş və ofisə yaxınlaşaraq pulu geri götürməyimi xahiş etmişdir. Mən də öz növbəmdə məsələyə etirazımı bildirmiş, məsələ ilə bağlı şirkət rəhbərliyinə müraciətlər etmişəm. "Təəssüf ki, nə müştərilərinə, nə də öz işçilərinə hörmət qoymayan bu şirkət mənə qarşı olan qeyri-qanuni və qeyri-etik davranışlarına davam etmiş, mənzilin satışından imtina etmiş, əvəzində isə mənə müqavilə ilə verilən və küllü miqdarda ilkin ödəniş alınan mənzili daha baha qiymətə satışa çıxarmışdır. Məsələ ilə bağlı kifayət qədər sübutlar, səs yazıları mövcuddur", - deyə vətəndaş əlavə edib. Referans Media olaraq şikayətçinin sosial şəbəkədə paylaşımını da sizə təqdim edirik: Referans.az Geri qayıt |