Əsas Səhifə > Üst manşet / Güney Press > Göygöldə vakant müəllim yerləri gizlədilir
Göygöldə vakant müəllim yerləri gizlədilirBu gün, 07:20 |
Göygöl rayonunda bir neçə ildir müəllim kimi çalışan və hazırda ucqar kənd məktəblərindən birində fəaliyyət göstərən təhsil işçiləri yerdəyişmə prosesində ciddi problemlərlə üzləşdiklərini bildirirlər. Yenicag.az xəbər verir ki, şikayətçilərin sosial şəbəkədə yazdıqları iddialara görə artıq 5-6 ildir hər il imtahan verərək yaşayış yerinə – Gəncə və ətraf rayonlara yaxın ərazilərdə işə keçmək istəsələr də, həmin bölgələr üzrə vakant yerlər elan edilmir. Onların sözlərinə görə, Göygöl, Samux və Gəncə kimi rayonlarda real olaraq boş yerlər olsa da, həmin yerlər sistemə daxil edilmir. İddialara görə, bəzi məktəb direktorları boş yerləri gizli saxlayaraq, həmin vəzifələri daha sonra tanış şəxslərə və ya müəyyən məbləğ qarşılığında “öz adamlarına” təklif edirlər:
Qeyd edək ki, bu kimi hallar müəllimlər arasında narazılığa səbəb olur. Onlar hesab edirlər ki, yerdəyişmə prosesi daha şəffaf aparılmalı, bütün mövcud vakant yerlər MİQ (Müəllimlərin İşə Qəbulu) sistemində açıq şəkildə göstərilməlidir. Əks halda, bu, bölgələrdə peşəkar müəllim çatışmazlığı problemini daha da dərinləşdirə bilər. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və ya müvafiq regional təhsil idarələrinin rəsmi mövqeyi hələ ki, açıqlanmayıb. Geri qayıt |