Əsas Səhifə > Üst manşet / Güney Press > KONTAKT HOME bu dəfə jurnalistlə ÜZ-ÜZƏ...

KONTAKT HOME bu dəfə jurnalistlə ÜZ-ÜZƏ...


Bu gün, 08:39

Bakunews.az xəbər portalının rəhbəri Mirkenan Seyidov, “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətində ciddi qanunsuzluqların olduğunu bildirərək Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər aidiyyəti qurumlara müraciət edib. "DİA-AZ" xəbər verir ki, bu barədə jurnalistin özü açıqlama ilə çıxış edib.
Jurnalistin sözlərinə görə, bir müddət əvvəl “Kontakt Home” mağazasından “indi al, iki ay sonra ödə” reklam şüarı ilə telefon əldə edib. Lakin altı ay sonra onunla əlaqə saxlanılıb və 170 manatdan artıq gecikmə borcu olduğu bildirilib. M.Seyidov qeyd edir ki, reklam şərtlərinə baxmayaraq, ona kredit müqaviləsinin detalları və aylıq ödəniş cədvəli təqdim edilməyib, nəticədə qeyri-şəffaf şəkildə əlavə faizlər hesablanıb.
O bildirir:
"Hüquq şöbələri ilə əlaqə saxladıqda məlum oldu ki, aylıq ödənişlərimdə əlavə gəlirlər 'yükləmə' adı altında mənə hiss olunmadan tətbiq edilib. Ödəniş etdiyim halda yenə də adıma gecikmələr yazılıb."
Ən ciddi ittihamlardan biri isə “Kontakt Home”un bank lisenziyası olmadığı halda, bank funksiyaları icra etməsi, yəni vətəndaşlara faizli kredit verərək əlavə gəlir əldə etməsidir. Jurnalist bu halı belə qiymətləndirib:
"Bu artıq istehlakçının hüquqlarının pozulması və aldatma yolu ilə vətəndaşdan əlavə gəlir əldə etmək cəhdidir."
Daha bir narahatedici məqam isə şirkət nümayəndələrinin "qara siyahıya düşmək istəmirsinizsə, dediyimizi ödəyin" kimi ifadələrlə vətəndaşları psixoloji təzyiqlə ödəniş etməyə məcbur etməsidir.
Mirkənan Seyidov məsələ ilə bağlı “ABC-Telecom” MMC ilə “Kontakt Home” arasındakı razılaşmaların da hüquqi araşdırılmasını tələb edir və Mərkəzi Bankdan, istehlakçı hüquqlarını müdafiə edən qurumlardan bu şəbəkənin fəaliyyətinə rəsmi və obyektiv yoxlama aparılmasını xahiş edir.

Geri qayıt