Əsas Səhifə > Üst manşet / Güney Press > TSEK bu dəfə LAP AĞ ELƏDİ
TSEK bu dəfə LAP AĞ ELƏDİBu gün, 07:18 |
Bakı şəhər sakini Vəliyev Surxay Sultan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən narazılıq edir: “Mən, Vəliyev Surxay Sultan oğlu, yazaraq bildirirəm ki, parkinson xəstəsiyəm, inkaft keçirmişəm, malicələrin heç biri sağalmağıma kömək etməyib. Orqanizmimin 40% ni itirmişəm. Dəfələrlə lazımi qurumlara şikayət vermişəm. Təbib tapşırıq verdi ki, bu adamı ciddi yoxlayın, narazılığı aradan qalxsın. Yenə qərəzli şəkildə mənə 3-cü qrup əlillik təyin etdilər. Özünü idarə edə bilməyən, yeriyə bilməyən adama 3-cü qrup əlillik verərlər? Mənim iş qüvvəm yoxdur. Psixatriya xəstəxanasında da yatmışam. Əsəblərim də yerində deyil. Heç olmasa düzgün əlilliyimi verələr, müalicəmi davam etdirəm. 1 il 7 aydır zülm çəkirəm, haqqımı tapdalayırlar. Azərbaycanda heyvanların belə, hüququ qorunduğu halda mənim hüquqlarım tapdalanır”. Məsələ ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının mətbuat xidmətindən bildirdilər ki, Göygöl rayon sakini 1965-ci il təvəllüdlü Vəliyev Surxay Sultan oğlunun əlilliyi tibb müəssisəsinin göndərişi əsasında 07.01.2025-ci il tarixdə elektron sistem üzərindən qiymətləndirilib və ona orqanizm funksiyalarının 40% pozulmasına görə əlillik təyinatı aparılıb: “Vətəndaş əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı dəfələrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə də edilib. Hər bir müayinə zamanı S.Vəliyevin hazırki sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizm funksiyalarının 40% pozulmasına görə əlillik təyinatına əsas verdiyi müəyyən edilib. Bu səbəbdən də vətəndaşın əlilliyi ilə bağlı əvvəlki qərar qüvvədə saxlanılıb”. Geri qayıt |