Əsas Səhifə > Üst manşet / Güney Press > Ağlar günə qalan Ağsu səhiyyəsi
Ağlar günə qalan Ağsu səhiyyəsiBu gün, 07:03 |
Ağsu rayon Mərkəzi Xəstəxanasında son aylarda yaranan vəziyyət həm əhali, həm də səhiyyə işçiləri arasında ciddi narazılıq doğurub. Xəstəxananın direktoru vəzifəsinə Gülnarə Muxtarova təyin olunduqdan sonra müəssisədə idarəetmədə xaosun hökm sürdüyü, savadlı və təcrübəli həkimlərin əsassız şəkildə işdən uzaqlaşdırıldığı iddia olunur. Nəticədə, rayonda cərrahiyyə, travmatologiya və ginekoloji əməliyyatlar aparılmır. Xəstələr isə məcburən Kürdəmir, Şamaxı və Bakı şəhərindəki tibb müəssisələrinə üz tuturlar. Mütəxəssislərin və yerli sakinlərin sözlərinə görə, yaranmış vəziyyət səhiyyə xidmətlərinin keyfiyyətini aşağı salmaqla yanaşı, rayon əhalisini ciddi çətinliklər qarşısında qoyur. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların təcili tədbir görməsini tələb edirlər. Geri qayıt |