Əsas Səhifə > Üst manşet / Güney Press > Əvvəlcə təmir etdilər, indi də bağlayırlar
Əvvəlcə təmir etdilər, indi də bağlayırlarBu gün, 07:14 |
Astara rayonu, Əzərüd kəndində yeni tikilib istifadəyə verilən orta məktəb bağlanır. Onlara bildirilib ki, yeni tədris ilində şagirdlər başqa bir kəndin məktəbində təhsil alacaqlar. Qeyd edək ki, Əzərüd kənd orta məktəbinin bağlanmasına səbəb şagird sayının az olmasıdır. Ötən il 13 şagirdin təhsil aldığı məktəbdə, bu tədris ilində 17 şagirdin oxuyacağı gözlənilirmiş. Valideynlərə bildirilib ki, uşaqlar başqa kəndə məktəbə göndəriləcək. Bunun üçün avtobus ayrılacaq. Valideynlər isə narahatdır. Çünki, qış aylarında yollar təhlükəli olur və hər an bədbəxt hadisə baş verə bilər. Qeyd edək ki, məktəb 2014-cü ildə təmir olunub. Geri qayıt |