Əsas Səhifə > Üst manşet / Güney Press > `Kontakt Home`dan yeni hoqqabazlıq...

`Kontakt Home`dan yeni hoqqabazlıq...


Bu gün, 08:29

"Mənim şikayətim "Kontakt Home"la bağlıdır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Türkan Rahir adlı istifadəçi gileylənir.

Narazı vətəndaş iddia edir ki, müəmmalı şəkildə şirkətə ödədiyi kredit məbləği ləğv edilib, pul yoxa çıxıb.

T.Tahir yazır: "Mən keçən ay "Kontakt Home"da 153 manat məbləğində kredit ödənişi etmişəm.

153 manatın qəbzini ƏDV-yə yükləmişdim. Hal-hazırda həmin qəbz ləğv olunub.

Mən bu məsələni necə aydinlaşdira bilərəm ki, niyə ləğv olunub? Şikayətimi hara edə bilərəm?"


Geri qayıt