Əsas Səhifə > Üst manşet / Güney Press > Məleykə Abbaszadə İTTİHAM OLUNUR

Məleykə Abbaszadə İTTİHAM OLUNUR


Bu gün, 06:27

Qabiliyyət imtahanında haqsızlıqla üzləşən idmançı abituriyent Dövlət İmtahan Mərkəzini, DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadəni, qabiliyyət imtahanda iştirak edən Azərbaycan Boks Federasiyanının hakim və müəllimlərini, Azərbaycan Bədən Tərbiyyəsi Akademiyasının rektorunu məhkəməyə verir.

"Bizimxeber"bildirir ki, qabiliyyət imtahanında verilən xallarla razılaşmayan abituriyent hazırda DİM tərəfindən veriləcək rəsmi cavabı gözləyir: "Rəsmi cavabı gözləyirəım. Ümid edirəm ki, düzlükdən və ədalətli imtahanlardan ağızdolusu danışan Məleykə Abbaszadə müraciətə rəsmi cavab verəcək və mən məhkəməyə müraciət edə biləcəm" deyə abituriyent bildirib.

Eyni zamanda azyaşlı abituriyent keçirilən imtahanların diqqətlə araşdırılması və gələcəkdə başqa azyaşlılara qarşı belə bir haqsızlığın edilməsinin qarşısının alınması üçün aidiyyatı qurumlara, güc nazirliklərinə müraciət də edib: "Mən Azərbaycan Respublikasının azyaşlı vətəndaşı olaraq, aidiyyatı qurumlardan xahiş edirəm ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətini, əsasən qabiliyyət imtahanlarında verilən xalların düzgünlüyünü araşdırsınlar. Necə ola bilər ki, idmandan anlayışı olmayanlar 54 bal (10 xal) alırlar, uşaqlıqdan idmanla məşğul olanlar, bütün gününü məşqlərdə keçirənlər 49-50 bal (9) alır. Eyni zamanda etirazlar nəzərə alınmır və ya araşdırmanı elə saxta xallar verənlər özləri araşdırır. Bu hansı ədalətdir, bu hansı formalı araşdırmalıdır".

Hesab edirəm ki, burda hansısa neqativ hallar var və Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin bunlardan xəbəri olmamış deyil. Ona görə də, bir azyaşlı olaraq bütün aidiyyatı qurumlardan xahiş edirəm ki, bu neqativ hallar araşdırılsın və nəticələri ilə bağlı müvafiq ölçü götürülsün. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da Azərbaycanın gələcəyinin qurulması, biz gənclərin gələcək təminatı üçün böyük bir addım atmaqdadır. Bakıda isə Məleykə Abbazadə və nəzarətində olan şəxslər bu gəncliyi, əsasən də idmançıları məhv edir".


Geri qayıt