Əsas Səhifə > Üst manşet / Güney Press > `Azəriqaz` işçisi ittiham səsləndirdi və...

`Azəriqaz` işçisi ittiham səsləndirdi və...


Bu gün, 08:25

"Mənim çalışdığım 18 illik iş stajı dövründə "Azəriqaz" İstehsalat Birliyində 4 dəfə dəyişiklik olub və mən 3 dəfə atestasiya olunmuşam. Buna baxmayaraq məni yenidən struktur dəyişikliyi adı altında imtahana cəlb ediblər və Sizi inandırım ki bu imtahan zamanı öz adamlarına, yəni tapşırılan işçilərə imtahan dövründə nəzarətçilər köməklik göstəriblər. Bəzi rəhbər işçilər isə heç ümumiyyətlə, imtahana - yəni atestasiyaya cəlb olunmayıblar". "DİA-AZ" xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin işçisi Emil Tahirov Prezidentə və digər ali dövlət rəhbərliyinə ünvanladığı müraciətində deyir.

E.Tahirov daha sonra əlavə edir: "Digər məsələ isə əvəllərdə geyd etdiyim kimi Azəriqaz İB -nin əməkdaşları ötən ayın əvvəllərində Ağsu RQİİ-nin Göyçay XS-də yoxlamalar keçirərək 150-dən artıq gəzən sayğac aşkarlayıblar, yəni qanunsuz şəkildə müəyyən məbləğlər müqabilində (minimum 600 manat maximum 1500m) rüşvət alaraq passiv abonentlərin adında olan sayğacları yenisi ilə əvəzləyərək başqa adlara kodlaşdıraraq sənədləri olmayan (kupça) evlərə quraşdırıblar.

Qazla istifadə qaydaları 80 saylı qərara zidd olaraq... və nə hikmətdirsə insanlara dəymiş maddi və mənəvi ziyanı "Azəriqaz" ört-basdır etməyə çalışır.

Cənab Prezident, Sizin məmur özbaşınalığı ilə bağlı çağrışlarınıza məhəl qoymurlar. Vətəndaşlara xidmət göstərmək əvəzinə vətəndaşlara, eləcə də öz işçilərinə "Azəriqaz" və onun törəmə qurumu olan RQİİ rəhbərləri zülm edirlər. Sizlərdən bir vətəndaş olaraq artıq dərəcədə rica edirəm, dediyim məsələləri araşdırılması üçün göstəriş verəsiniz və Azəriqaz İB və onun törəmə qurum RQİİ lər barəsində ciddi tədbirlər görülməsi üçün tapşırıq verəsiniz..."


Geri qayıt