Əsas Səhifə > Üst manşet / Güney Press > İşçiləri işlədib, əməkhaqqı vermədilər
İşçiləri işlədib, əməkhaqqı vermədilərDünən, 06:35 |
“Qarabağ – Oil” zavodunun işçiləri olmuş və hazırda Şəki rayonun Baş Göynük kəndində yaşayan Xəlilov Məmmədəli Əkrəm oğlu və Əliyev Bəxtiyar Rüfət oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə bildirilir: "Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev! Siz Müzəffər Komandan olaraq siyası iradəniz sayənizdə Azərbaycan müstəqilliyini indiyədək qoruyub saxlamış və ərazi bütövlüyünü bərpa etmisiniz. Və biz sadə insanlar bu uğurlardan bəhrələnərək öz bacarığımızla işləyib azad edilmiş Vətən torpağına öz töhfəmizi vermək istəmişik. Lakin çox təəssüflər olsun ki, cəmiyyətimizdə sahibkar adı altında fəaliyyət göstərən elə vəzifəli şəxlər vardır ki, onların fəaliyyəti arxalandığı oliqarxlara rəğmən bizi kimi sadə insanlar üzərindən əsassız varlanmağa köklənmişdir. Biz gənc və cavan adamlar olaraq işçi kimi dəvət aldığımız Qarabağ zonasında, Xocavənd rayonunda yerləşən “Qarabağ oil” zavodunda bu ilin mayın 10-dan mexanika-qaynaq və mexanik usta kimi işə başlamışdıq. Əvvəlcə bu zavodla podratçı şirkətdən xüsusi sifarişlə iş götürüb təhvil verdik. Və gördüyümüz bu iş üçün 3 dəfə qaimə sənədi bağlanmışdır. Lakin gördüyümüz və razılığa gəldiyimiz 5600 manat ödəniş omamışdır. Yəni bu işi biz Vaqif Niyazov adlı şəxsdən bir podratçı olaraq götürmüşdüm. O da zavodun direktoru Gülpəri Bayramovanın sifarişi əsasında bu işin icrasını bir mütəxəssis olaraq bizə vermişdir. Doğrudur, Vaqif əvvəlcə işin getməsi üçün alacacağımız 6500 manatdan 5200 manat pulu bank kartımıza köçürmüşdür. Qalıq 1700 manatı isə vermir ki, direktordan ala bilmir. Sonra isə G.Bayramova bizi müqavilə ilə yenidən həmin işin görülməsinə cəlb etmişdir. ( may ayının 20-dən) Lakin o da iyunun 10-dan iyul ayının 2-dək aylıq maaşa ( 1500 manat) işləmişəm. Eyni zamanda mənimlə birlikdə işləyən mexanik-usta Məmmədəli Xəlilov da 1200 manat əmək haqqı ilə müqavilə bağlamışdır. Biz əvvəlcə 20 gün müqaviləsiz işləmişik. Bu barədə sübutlarımız var və təqdim edə bilərik. İyunun 10-dan isə rəsmi müqavilə bağlamışıq. Lakin bu günə qədər mənə Bəxtiyar Əliyevə çataqcaq 1700 və 2400 manat ( cəmi- 4100 man.) və Məmmədlənin alacağı 1600 manat pulu zavod direktoru G.Bayramovadan ala bilmirik. Pulu istədikdə isə o bizdən xəbərsiz bizi işdən çıxarmışdır. Və bizə çatacaq pulu vermək fikri də yoxdur. Bizi işdən çıxarmağın əsas səbəbi də əməkhaqqımızı istəməyimizdir. Biz elə bilirdik ki, zavodda işləyən 40 nəfərdən təkcə bizim pulu vermirlər. Sonra məlum oldu ki, elə bütün işçilərin pullarını da director vermir. Hətta ƏƏSMN-dən fəhlə kimi 600 manat maaş işinə göndəriş alıb gələn kasıb işçilərind ə pulu pulu vermirlər. Zavod direktoru o qəddər xəsisdir ki, hətta yeməkxananın aşpazına belə pul verməmək üçün çarəsiz qadını da işdən qovub yerinə doğma anasını qoymuşdur. Xatırladaq ki, vaxtilə Yasamal rayonundan millət vəkilliyinə namizəd olmuş, Azrbaycan Biznes Partnyorlar Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülparə Azər qızı Bayramova “Qarabağ Oil” zavodunu almış və rəhbərlik edir. O burada günəbaxan yağının istehsalı və ixracı ilə də məşğuldur. Ölkə mətbuatına verdiyi müsahibələrdə qeyd edir ki, rəhbərlik etdiyi “Agromix” şirkəti bazarlarda öz yerini tutub və bu gün Bakı şəhərinin aparıcı market şəbəkələrini gündəlik meyvə-tərəvəzlə təchiz edir. O “Qarabağ oil” zavodunu da ölkənin aparıcı istehsal müəssisəsinə çevirməyi və məhsullarını dünyanın müxtəlif ölkələrindəki satış mərkəzlərinə yönəltməyi planlaşdırır. Bəli, xanım biznesmen qadın G.Bayramova özünün də qeyd etdiyi kimi Bakı əhalisini gündəlik meyvə -tərəvəzlə təmin etdiyi və gündəlik qazancı milyonlarla manat olduğu halda bizi kimi sadə işçilərin əmək haqlarını vermir və istədikdə isə təzyiq olaraq işdən çıxararaq pulumuzu güvəndiyi vəzifəli şəxslərə arxalanaraq vermir. Ona görə də bizim bir ümidimiz qalıb ki, cənab Prezident Sizə müraciət edək. Sizin azad etdiyiniz müqəddəs topaqlarda bizi kimi imkansız insanları işlədib haqqımızı verməyən və əsassız varlanmaqla məşğul olan “ Qarabağ oil” zavodunun direktoru Gülparə Bayramovanının daşı ətəyindən töküb əmək haqımızın ödənilməsi üçün cənab nazir Mikayıl Cabbarova göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk..." Geri qayıt |