Əsas Səhifə > Üst manşet / Güney Press > "Yaxşı ki, Vasif Talıbovu götürdülər"
"Yaxşı ki, Vasif Talıbovu götürdülər"Bu gün, 07:40 |
Bu dəfə isə vətəndaşlardan bir neçəsi əksini iddia edir. Həmin rəylərdən bəzilərini təqdim edirik... Beləliklə... *** "Vallah Vasifin dövründə də bundan yaxşı deyildi. Susuzluq hər zaman olub, əkin-biçin yanıb. Mən bunun o vaxtlar da şahidi olurdum, sadəcə səsimizi cıxara bilmirdik. Çünki incidirdilər, işdən çıxarırdılar, dəlixanaya yerləşdirirdilər, döyürdülər... Deyirdilər *şərəfsiz*... Halbuki vətəndaş qanuni haqqını tələb edirdi. İndi amma hamı sözünü deyə bilir... Yaxşı ki Vasif Talıbovu götürdülər .. yoxsa Naxçıvan özü əldən gedirdi..." *** "Vasif Talıbovun dövründə qatarla Şərura gedirdik. Əkin yerləri quraqlıq idi, orta yaşıllıq idi... Oranı keçdikdən sonra yenə quraqlıq idi... Soruşdum ki, sağ quraqlıq... sol quraqlıq... amma orta yaşıllıq... bu nə deməkdir... Dedilər ki, yaşıllıq olan Vasif Talıbovun əkin yeridi... Dediyim odur ki, onun da vaxtında suzuzluq idi..." *** "Hə, çox "yaxşı" idi Vasif Talıbovun dövründə... 45 dərəcə istidə məcburi uzunqol köynək geyinirdilər, üstünə də önürlük (qalstuk) taxırdılar idarə işçiləri.. Çox yaxşı dövr idi... Gecə 12-yə qədər saxlayırdılar işdə adamı. Çox super idi... Adi səhvə görə işdən çıxarıb yerinə öz qohumların qoyurdu həmin işə... Davamı gəlsin? *** Növbəti yazımız olacaq... Bizi izləməyə davam edin... Geri qayıt |