Əsas Səhifə > Üst manşet / Güney Press > Bura körpələri əmanət etmək olmaz
Bura körpələri əmanət etmək olmazBu gün, 06:56 |
Badamdar qəsəbəsində yerləşən “Mandarin” bağçasında uşaqların təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşanır.
"DİA-AZ" xəbər verir ki, bu barədə Bakues.az-ın qaynar xəttinə şikayət daxil olub.
Əldə edilən məlumata görə, uşaq bağçasında yerləşən oyun attraksionlarının texniki nasazlığı səbəbindən bir neçə uşaq xəsarət alıb. Sonuncu hadisə zamanı bir azyaşlı attraksiondan yıxılıb və ciddi xəsarətlər alıb.
İlkin tibbi yardımdan sonra uşağa körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Valideynlər bağçada uşaqlarına lazımi nəzarətin göstərilmədiyini və oyun avadanlıqlarının təhlükəsiz olmadığını iddia edirlər. Bir neçə valideyn bağçanın rəhbərliyinə şikayət edərək, dərhal tədbir görülməsini tələb edib.
Həmçinin, bağçanın ərazisindəki təhlükəsizlik tədbirlərinin zəif olması və uşaq baxıcılarının məsuliyyətsizliyi barədə də şikayətlər var. Valideynlər uşaqlara göstərilən diqqətin yetərincə olmamasına etiraz ediblər.
Geri qayıt |