Əsas Səhifə > Üst manşet / Güney Press > Saçını boyamaq istədi, dərisini yandırdılar

Saçını boyamaq istədi, dərisini yandırdılar


Bu gün, 08:51

" "Madam Ruxa" salonunda məsuliyyətsizlik nəticəsində dərim yandı – heç bir üzrxahlıq belə edilmədi!" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda gileylənən narazı vətəndaş dediklərinin sübutu kimi fotodəlilləri də təqdim edib.
Vətəndaş şikayətində bildirir: "Keçən həftə "Madam Ruxa" salonuna saç boyatmağa getdim. Saç boyasından sonra dəridəki izləri təmizləmək üçün xüsusi kimyəvi maddə istifadə etdilər. Həmin məhlulu vurduqları anda şiddətli yanma hissi keçirdim. Dedilər bu “normaldır”. Amma nəticə budur:
? Alnımda ciddi yanıq, sulanan yaralar və qızartılar.
Ən dəhşətlisi isə odur ki:
? Alnımda ümumiyyətlə boya yox idi. Əməkdaşın diqqətsizliyi və məsuliyyətsizliyi nəticəsində o maddəni bütün alına yaydı.
? Heç kim üzr istəmədi, heç nə olmamış kimi ödəniş alındı – sanki bu normal bir hal imiş.
? Rəhbərliyə yazdım. Cavabda isə bütün məsuliyyəti mənə atdılar – guya “allergiyam varmış”.
? Üstəlik mən zərərin qarşısını almaq üçün:
• Saç boyamasına 50 manat ödəmişəm
• Əczaxanadan 26 manata krem almışam – amma heç bir effekt vermədi, dəriyə zərər artıq baş vermişdi.
Bu cür səhlənkarlıq və peşəkarlıqdan uzaq yanaşma müştəriyə hörmətsizlikdir. Heç kim belə münasibətə layiq deyil. Mən bu paylaşmanı edirəm ki, başqaları da xəbərdar olsun və sağlamlığını belə yerlərdə riskə atmasın.
❌ Müştəri məmnuniyyəti – sıfır
❌ Peşəkarlıq – sıfır
❌ Empatiya – sıfır
✅ Məsuliyyətsizlik – 100%.."
Fotoları təqdim edirik:


Geri qayıt