Əsas Səhifə > Üst manşet / Güney Press > NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ
NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİBu gün, 09:31 |
"Salam Hörmətli PASHA Bank və NBA şirkəti! Mən mağaza sahibi olaraq ciddi narahatlıq doğuran bir problemi ictimai şəkildə paylaşmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində sahibkar İlkin Kazımov paylaşıb.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Qısa müddət əvvəl mağazamda müştəri nağdsız ödəniş həyata keçirdi. Post terminal ödənişin təsdiqləndiyini göstərdi, lakin çek çıxmadı və ödəniş gün sonu “Z” hesabatında əks olunmadı. Beləliklə, müştəridən xahş etdik bizə ondan çıxan pulu göstərdi ancaq yuxarıda qeyd etdiyim kimi ödəniş təsdiq edilmiş kimi görünürdü bizim post terminalda.
![]() ![]() Bu vəziyyətdə köçməyən vəsaitin taleyi necə həll olunur? Müştəri pulu ödədiyini düşünür, mən isə o məbləği almamışam. Anlayışla yanaşın – bu həm müştərilərlə münasibətimə, həm də biznesimin etibarına xələl gətirir.
![]() Biri digərinə yönləndirir, amma ortada itmiş ödəniş və cavabsız sual qalır.
İctimaiyyətin və aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm ki, bu kimi texniki problemlər biz kiçik sahibkarların üzərinə yüklənməməlidir. Cavabdehlikdən yayınmaq əvəzinə, problemin həllinə yönəlmək lazımdır.
![]() Geri qayıt |