Əsas Səhifə > Üst manşet / Güney Press > "Uşaqlarıma təhsil belə, verə bilmirəm"

"Uşaqlarıma təhsil belə, verə bilmirəm"


Bu gün, 06:29

Ağdam rayon sakini, İbrahimov Emin Çingiz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezidnet İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən, İbrahimov Emin Çingiz oğlu, yazaraq bildirirəm ki, hazırda çox çətin şəraitdə yaşayıram. İlk ailəmlə rəsmi olaraq boşanmışam. 1-ci yoldaşım evimi əlimdən almışdır. Hazırda isə yenidən evlənmişəm və 2 övlad böyüdürəm.

Şəki şəhərinin Kiçik Dəhnə kəndində fermada işləyirəm. Ailəmi dolandıra bilmirəm.

Sizlərdən xahiş edirəm ki, mənə 1 otaqlı ev verilsin, ailəmi yığım başıma, orada yaşayım. Uşaqlarıma təhsil belə, verə bilmirəm. Xahiş edirəm, mənə kömək edin".

Şikayətçinin redaksiyamıza göndərdiyi video-materialı da olduğu kimi oxucularımıza təqdim edirik:


Geri qayıt