Əsas Səhifə > Üst manşet / Güney Press > Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı

Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı


Dünən, 08:45

Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (Yaradıcı Mərkəz) ciddi maaş böhranı yaşanır. Məlumatlara görə, mərkəzdə çalışan əməkdaşlar uzun müddətdir ki, əməkhaqqı ala bilmirlər.

Uzun zamandır davam edən gecikmələr əməkdaşlar arasında ciddi narazılıq yaradıb və vəziyyət kritik həddə çatıb.

Editor.az xəbər verir ki, artıq işçilər bu narazılığı ictimai formada ifadə etməyə başlayıblar.

Onlar etiraz əlaməti olaraq Mərkəzin rəsmi Instagram səhifəsində bir sıra ironik paylaşımlar ediblər. Bu postlarda mərkəzin işçilərin əmək haqlarına “göz dikdiyi”, əməkdaşlara borcu olduğu incə istehza ilə ifadə olunub.

Lakin sonradan həmin postlar səhifədən silinib. Bu addım etirazların daha da görünməz edilməsinə yönəlmiş cəhd kimi qiymətləndirilir və sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Qeyd edək ki, Yaradıcı Mərkəz mədəniyyət və incəsənət sahəsində innovativ layihələrin dəstəklənməsi, gənc yaradıcıların inkişafı və bu sahədə yeni təşəbbüslərin stimullaşdırılması məqsədilə yaradılıb.

Mədəniyyət naziri Adil Kərimli mütəmadi olaraq mərkəzi ziyarət edir və bu mərkəz nazirliyin əsas təbliğat ruporlarından birinə çevrilib.



Geri qayıt