Əsas Səhifə > Üst manşet / Güney Press > Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil

Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil


Bu gün, 05:50

Şirvan şəhər sakini Samirə İbadova bildirir ki, 4 il əvvəl həyat yoldaşı vəfat edib 3 azyaşlı övladı ilə tək yaşayır.

"DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, ailənin heç bir gəliri yoxdur, sosial durumları ağır, yaşadıqları ev isə çox şəraitsiz vəziyyətdədir. İbadova bildirir ki, uzun müddətdir aidiyyəti qurumlara sosial yardım üçün müraciət etdib, lakin son bir il ərzində müxtəlif bəhanələrlə müraciətlərinə imtina cavabı verilib.

Şikayətçi iddia edir ki, dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyətinə aztəminatlı ailə kimi müraciət etsə də, ona nəinki kömək etmək, heç onu dinləyən belə olmayıb.

Samirə İbadova aidiyyatı qurumlardan müraciət edərək ona köməklik göstərilməsini xahiş edir.


Geri qayıt