Əsas Səhifə > Üst manşet / Güney Press > 'Azərsu'nun qocaman işçisi narazıdır
'Azərsu'nun qocaman işçisi narazıdırBu gün, 06:36 |
“Azərsu” ASC-nin keçmiş əməkdaşı Nəcəfov Rafiq Yaqub oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Azərsu” ASC (indiki Su Ehtiyyatları Agentliyi) işçilərin haqlarını tapdalayır: “Mən, Nəcəfov Rafiq Yaqub oğlu yazaraq xahiş edirəm ki, problemi işqlandırasınız. Şikayətim keçmiş “Azərsu” ASC-dən, indiki Su Ehtiyyatları Agentliyindəndir. 1996-cı ildən həmin təşkilatda işləmişəm. 2020-ci ildə təqaüdə çıxmışam. 2024-cü ilin aprel ayında öz ərizəm və xahişim əsasında işdən azad olunmuşam. Lakin mənim 2010, 2011, 2022, 2023-cü illərdə sosial sığorta pullarım Sosial Müdafiə Fonduna tam ödənilməyib ki, təqaüd ala bilim. 2013-cü ildə cənab Prezidentimizin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunmuşam. 2024-cü və 2025-ci ildə 3 dəfə Su Ehtiyatları Agentliyində,1 dəfə Sosial Müdafiə Fondunda, 2 dəfə isə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Vətəndaşların Qəbulu Mərkəzində şikayətdə olmuşam. Lakin heç bir nəticə əldə edə bilməmişəm. Təsərrüfat işlərinə marağım olduğundan kiçik bizneslə məşğul olmaq üçün Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna köçmüşəm. 2024-2025-ci ildə təsərrüfatımı kimsəsiz qoyub, 2 dəfə Bakı şəhərinə gəlmişəm. Lakin Su Ehtiyatlar Agentliyinin Baş mühasibi məni qəbul etməyib. Su Ehtiyatları Agentliyinin 20 yanvardakı binasından, polisin yanından daxili telefonla baş mühasib Toğrul bəylə danışdım. O, mənə söz vermişdi ki, mart ayına qədər bu məsələ həll olunacaq, amma bu günə qədər həll olunmayıb". Geri qayıt |