Əsas Səhifə > Üst manşet / Güney Press > BDU rektoru kafe biznesinə girişir

BDU rektoru kafe biznesinə girişir


Bu gün, 06:21

Bakı Dövlət Universitetinin həyətində cofeshop açılıb icarəyə veriləcək...

Verilən məlumata görə, BDU-nun futbol meydançasının yaxınlığındakı ərazi 2 aydır ki, park kimi abadlaşdırılmış göstərilir.

Amma əsas məqsəd orada cofeshop yaratmaq və onu yüksək qiymətə icarəyə verməkdir

Rektorla icarədar arasındakı razılıq da əldə olunub. Razılıq nəticəsində 4 min manata anlaşılıb .”Cofeshop” növbəti tədris ilindən fəaliyyət göstərəcək.

Rektorun yeməkxanalardan aylıq 50 min manat icarə haqqı aldığı deyilir. Həmin yeməkxanaların vergidən külli miqdarda yayındığı da söylənilir. Hətta “card to card” əməliyyatı aparılır heç bir postterminal yoxdur. Rektor Elçin Babayevlə AQTA sədri Qoşqar Təhməzlinin yaxın dostluq əlaqələrinə görə, ’’AQTA’’-dan BDU daxilindəki yeməkxanalara baş verən nöqsanlara göz yumulur.

Görünür ki, rektor Universiteti şəxsi əmlakı kimi darə etməkdədir.

Olayxeber.org


Geri qayıt