Əsas Səhifə > Üst manşet, Güney Press > `Starex` ancaq müştəriləri incitməyə xidmət edir...

`Starex` ancaq müştəriləri incitməyə xidmət edir...


Bu gün, 08:38
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir...
" "Starexglobal.az" şirkəti ilə bağlı təcrübəmi paylaşmaq və başqalarının eyni səhvlərə düşməməsi üçün xəbərdar etmək istərdim..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Elyar Məmmədov adlı sosial şəbəkə istifadəçisi digər müştəriləri ayıq-sayıq olmağa səsləyib.
Narazı vətəndaş yazır: "1 Yanvar 2024-cü ildə Alibaba-dan sifariş etdiyim məhsulları Starex-in Çin anbarı vasitəsilə Azərbaycana göndərtdim. Göndərilmə zamanı çatdırılma haqqı 86.22 USD kimi göstərildi. Başlanğıcda məbləğin həcmə görə hesablandığını düşünsəm də, bağlamanı təhvil alarkən (10 Yanvar) bir daha soruşduqda məbləğin 1 metrdən böyük olduğu və həcmə görə hesablandığı bildirildi. Tələsmə səbəbilə və həcm hesablamalırını dəqiq bilmədiyimdən razılaşdım və bağlamanı götürdüm.
Səhəri gün, səhər bağlamanı ölçdükdə onun həcmə görə hesablanmayacaq ölçüdə olduğunu və müqavilədə bağlamanın hər hansı bir tərəfinin 60sm-dən böyük olduğu təqdirdə yalnız həcmə görə hesablana bilər. Məntəqəyə gedib uzun müzakirələr (1 saatdan çox vaxt itkisi) aparanda məlum oldu ki, bağlama Çin-dən göndərilərkən sistemdə səhvən 9 kq kimi daxil edilib, halbuki bağlamanın üzərində və həqiqi çəkisi 2.3 kq-dir.
Artıq 19 fevral və hələdə pul geri qaytarılmayıb. Məndən qəbz və geri ödəniş üçün kart istənildi emaillə. Amma daha emailə belə cavab verilmir. Dünən baxıram ki məbləği Starex hesabına əlavə ediblər onu da səhv hesablayıblar yenə. Yenidən hesablanmalıdır. Zəng edirsən düşə bilmirsən 30-40 dəqiqə gözləyirsən.
Operatorları ünvan vermir yaxınlaşmağa, üzümə dəstəy asırlar, maillərə mənə yazan əməkdaşları cavab vermir..."

Geri qayıt