Əsas Səhifə > Üst manşet, Güney Press > “Kontakt Home” müştəriyə ŞANS VERMİR
“Kontakt Home” müştəriyə ŞANS VERMİR14-02-2025, 08:47 |
![]() Bir neçə gün əvvəl "DİA-AZ" olaraq problemini işıqlandırdığımız Nuranə Xaliq adlı sosial şəbəkə istifadəçisi "Kontakt Home"un yaratdığı gərginliklə bağlı yeni məlumat açıqlayıb. Əvvəlki giley müraciəti burada: KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?.. Narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı son açıqlamasında isə belə deyir: "Qabyuyanı təhvil aldım, bir neçə gün öncə qeyri-rəsmi mənə bildirilmişdir ki, məhsulun sadəcə “beyni pozulub”, yenidən proqramlaşdırılıb. Amma servisdən əldə etdiyim akt, tamamilə fərqlidir. Dəfələrlə qeyd etməyimə baxmayaraq, özüm servise getməsəydim, akt tələb eləməsəydim, deməli məhsulun sahibi kimi bundan xəbərim olmayacaqdı? Niyəsə servis də aktı verməkdən ilk imtina edirdi, “çap edə bilmirik, əməkdaş çaydadı” və s. bəhanələr. Hörmətli, Kontakt Home , qeyd elədiyim kimi vacib detalları yenilənmiş məhsul mənə gərək deyil. Əgər sakitliklə, bunu həll edə bilməsək, hüquqi müstəvidə həll etməli olacam. Köhnə əməkdaşı və daimi müştərisi olaraq, bunu etmək istəməzdim, amma güman edirəm ki, məni də anlayarsınız. Sədərəkdən yarı qiymətinə də almamışam, ala bilərdim, güvənmədiyim üçün eləmədi. Əməkdaş əlaqə saxladı ( mağazaya şikayətindən sonra) qeyd edir ki, 1 ay dəyişilən detala zəmanət verilir. Necə qarantiya vermək olar ki, 6 ay sonra ,1 il sonra da yenə xarab olmayacaq? Əməkdaş bildirdi, siz daimi müştərisiz, istənilən vaxt olan problemə şirkət cavabdehlik daşıyır, bunlar qeyri-rəsmidi təbii ki. Qanuni 1 ay vaxtım var dəyişilən detalına. Hardasa sakitlik tapardım, amma məhsul deyildiyi kimi zavod orijinal mühərriki ilə əvəz olunubsa, niyə çıqqıltı gəlir işə düşəndə? Əvvəl bu səs yox idi. Eyni məhsuldan yenə var bizdə, onda da belə səs yoxdur. Bu da aydin məsələdir ki, mühərrik eyni deyil əvvəlki ilə..." ![]() Geri qayıt |